Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rayonlara verilən qazın 50 %-i boruda necə itir? -ARAŞDIRMA

qaz

 

Yenixeber.org:  Bir müddət əvvəl yerli mətbuat 2016-ci ildə 144,4 milyon kub metr təbii qaz itkisinə dair yanlış məlumat üzərində müzakirələr qurmuşdu. Hətta bu rəqəmi  kifayət qədər böyük həcmli itki hesab edirdilər. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi hələ ki, 2016-ci ilin göstəricilərini açıqlamayıb.  Amma əgər bu rəqəm doğru olsa belə, Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-yi mövcud olduğu dövrdə inqilab etmiş olduğunu deyə bilərik.

Daha aydın mənzətə yaratmaq üçün “Statkom”un  2007-2015-ci illər arasında qaz itkilərinin həcminı nəzər yetirək:

2007-ci ildə 556.6 milyon m3

2008-ci ildə 728.8 milyon m3

2009-cü ildə 1 milyard 187 milyon m3

2010-cu ildə 1 milyard 117 milyon m3

2011-ci ildə 892.5milyon m3

2012-ci ildə 890 milyon m3

2013-cü ildə 891 milyon m3

2014-cü ildə 942 milyon m3

2015-ci ildə 1 milyard  087 milyon m3

Göründüyü kimi, əgər  144.4 milyon m3-luq bir itki olsaydı, o zaman “Azəriqaz”ın bu istiqamətdəki itkilərinin artıdığını deyil, azaldığını deyə bilərik.  Halbuki, təkcə 2015-ci ildə ölkədə istehsal olunan əmtəəlik qazın  5.7 faizi itkiyə uğrayıb.

Modern.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İB-dən bildirilmişdi ki, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır:

“Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.

ilham

Gununsesi.info Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan 2016-ci ilin itkiləri barədə proqnozlarını öyrənməyə çalışdı.

İ.Şaban deyir ki, ötən il itkilər müəyyən qədər azalması real görünə bilər: “ Hazırda Dövlət Statistika Komitəsinin fevral hesabatında istehlak bölümündə ümumi qaz balansı var.  Bu bölüm  21 mlrd m3 əmtəəlik qaz göstərilir (18,2 mlrd  m3 –u hasilat və bir də yeraltı qaz anbarlarında olan həcm). Burada istehlak da var, itki də”.

İ.Şabanin firkincə,  rəqəmlər təqribi olsa da, itkilərdə təxminən 289 milyon m3 azalmanın olması gözlənilir.

mirvari-qehremanli3-300x200

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə itkilərin baş verməsini 2 amillə bağlayır. Birincisi, sovet dövründən qalmış infrastruktur, İkinci isə qaz oğurluğunun mövcud olması.

M.Qəhrəmanlı qeyd edir ki, infrastrukturun hələ də bərbad olması indiyədək xərclənən vəsaitlərə dair şübhələr yaradır:  “Mütəxəssislər qeyd edirlər ki, həmin miqdarda rayon ərazisində qaz sızması olsa, o zaman həmin ərazi darmadağın olar”.

M.Qəhrəmanlı təşkilatına son iki ayda qaz itkiləri ilə bağlı daxil olan məlumatları paylaşır. Təşkilat sədrinin məlumatına görə, Bakı regionu üzrə qaz itkilərinin həcmi -63 mln. kub metr və ya  26% təşkil edib.

Zaqatala RQİİ –da  1.3 mln. kubmetr vəya  30.1% ,

Salyan RQİİ-da  2.9 mln. kub metr və ya 38 %,

Xacmaz RQİİ-da 5.6 mln. kub metr və ya 40 % ,

Lənkəran RQİİ-də  11.5 mln. kub metr və ya 49 %,

Tərtər RQİİ 4 mln. kub metr və 38 %,

Ağsu RQII-də 7.6 mln. kub metr və ya 42 %,

Şəmkir RQİİ-də 4.8 mln. kub metr və ya 41 % ,

Gəncə RQİİ-də 8.6 mln. kub metr və  39.2%

İtkilərin əsas səbəblərini isə belə əsaslandırır:

-Qaz uçotunun işinin düzgün qurulmaması;

-Böyük iri muəssisələrə qeydiyyatsız qazın ötürülməsi;

-Sayğacların xarab olması. Əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də, qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir.

-Cari təmir işlərinin ümumiyyətlə aparılmaması;

-Böyük sayğaclarda G-250, G-400, G-1600, qaz itir. İmplus deyilən bir şey var, onu açıb götürürlər .Bu halda sayğac sərfiyyatı qeyd etmir . Bunu, əsasən, parniklərdə böyük sənaye müəssisələrində edirlər. Sonra isə sənədləşdirirlər ki, müəssisə fəaliyyətin dayandırıb.

-Qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmadıqda və bununla bağlı qaz axını üzrə stasionar rejim pozulduqda;

-Sərfölcən cihazların buraxma imkanı məhdudlasdırıcıda  kecən qaz axınına uyğun olmadıqda;

-Qaz kəmərlərinin torpağın aktivliyinin və azmış cərəyanların təsirindən güclü korroziyaya uğramasında ;

-Qaz kəmərlərinin qaynaq birləşmələri çat olduqda və bağlayıcı avadanlıqların kipliyi pozulduqda və sair.

Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilər regionlarda baş verir. Təbii ki, bunun da əsas nədəni rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, yuxarıda sadalanan infrastrukturun keyfiyyətinin aşağı olmasıdır.  Eyni zamanda broylerlərin və parniklərin də qaz itkilərində payı az deyil.  Mətbaut buraya yönələn qanunsuz  qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki  2009-2010-cu ildə “Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam