Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək

 

Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək

 

Dövlət neft fondu 450 milyon dollarlıq bonus əldə edəcək

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilə kimi işlənilməsi üzrə bağlanmış yeni müqavilə çərçivəsində 31 yanvar 2018-ci ildə 450 milyon dollar məbləğində bonus əldə edəcək

Yenixeber.org:  Bu barədə “İnterfaks-Azərbaycan” hökumətdən olan mənbəyə istinadən məlumat yayıb.

“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ADNF bonus qismində 3.6 milyard dollar qəbul edəcək. 450 milyon dollar və ya 774 milyon manat məbləğində ilk tranş 31 yanvar 2018-ci il tarixində SOFAZ-a daxil olacaq”, – deyə mənbə qeyd edir.

“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərin su qatlarındakı neftin işlənilməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və  həmin il, dekabrın 12-də qüvvəyə minib. “Çıraq” yatağında neft hasilatına 1997-ci ilin noyabr ayında, “Azəri” yatağının mərkəzi hissəsində 13 fevral 2005-ci ildə, qərb hissəsində 30 dekabr 2005-ci ildə, “Günəşli” yatağının dərin su qatlarında isə 29 yanvar 2014-cü ildə başlanılıb.

Həmin müqavilənin müddəti 2024-ci ildə bitməli idi. Habelə sentyabrın 14-də Bakıda yataqlar blokunun 2050-ci ilə qədər birgə işlənilməsi üzrə yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə görə, şirkətlərin hasilatdakı payları aşağıdakı kimidir: (layihənin operatoru) Britaniyanın BP şirkəti – 30.37%, SOCAR - 25%, ABŞ-ın “Chevron” şirkəti  - 9.57% və “ExxonMobil” şirkəti  - 6.79%,  Hindistanın ONGC şirkəti – 2,31%,  Yaponiyanın “İnpex Corp” şirkəti – 9.31%, və İTOCHU Oil  şirkəti  - 3.65%, Norveçin “Statoil” şirkəti – 7.27%, Türkiyənin TPAO şirkəti – 5.73%

Yeni müqavilə çərçivəsində investisiya həcminin 2050-ci ilə qədər 43 milyard dollar təşkil etdiyi təxmin edilir. Neftin hasilat həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam