Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hanı kanalizasiyaya silinən milyonlar?

Hanı kanalizasiyaya silinən milyonlar?Nemət Əliyev: «Kanalizasiya sisteminin qurulması baş plana uyğun şəkildə aparılmalıydı»

Xeberinfo.com:   Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur:

“Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.

Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.

A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil:

“Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. (ölkə.az)

Olduqca maraqlı açıqlamadır. Bəs, yeni tikililərə icazə verilən zaman bunun kanalzasiya sistemini təzyiqə salacağı bilinmirdimi? İllərdir bu sahəyə ayrılan vəsaitlər bəs hara gedir?

İqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanda çox şey qaydadan kənara çıxıb. Vətəndaşların səsləri oğurlananda, qanunsuzluq cəzalandırılmayanda, məmur özbaşnalığı meydan sulayanda belə olur: «Azərbaycan reallığı budur ki, qanunlar işləmir. Kimin ağlına nə gəlirsə onu da həyata keçirir. Müxtəlif dövlət proqramları qəbul etməklə deyil. Gərək həmin dövlət proqramlarını qəbul edərkən, ümumi istiqaməti özündə əks etdirən konseptual əsaslara istinad edəsən. Bakı şəhərinin infrastrukturu yaradılanda, ona milyardlar xərclənəndə gərək şəhərin baş planına uyğun hərəkət ediləydi. Kanalizasiya sisteminin də qurulması həmin baş plana uyğun şəkildə aparılmalıydı. İqtisadiyyatın bütün sahələrində özbaşnalığın miqyası ölçüyə gəlmir. Bunun nəticəsidir ki, konkret olaraq bu məsələlərə məsul olan şəxs Abid Şərifov rahat şəkildə bəyan edir ki, kanalizasiya sistemi bir milyon nəfər üçün nəzərdə tutulub».

N.Əliyev bildirdi ki, A.Şərifovun özünün iştirakı ilə həyata keçirilən infrastruktur layihələrinə milyardlar xərclənəndə onun gözəl xəbəri var idi ki, Bakıda əhalinin sayı nə qədərdir. N.Əliyevin sözlərinə görə, Bakı şəhərinin yeni məskunlaşmasına uyğun baş plan hazırlanması mümkün idi: «Amma Abid Şərifov susub. Çünki baş verənlərdə marağı olub. Büdcə vəsaitlərinin sağa-sola xərclənməsində rolu olanlardan biri də elə Abid Şərifovdur.  Binalara tez alışan üzlüklər vuruldu və nə qədər insanların həyatına son qoyuldu. Amma buna görə yüksək post tutanların heç biri məsuliyyət daşımadı. Bakı şəhərinin real gerçəklikdə görüntüsü budur ki, islahat adı ilə şəhərin infrastrukturunda həyata keçirilən layihələrin hamısı yarımçıq olub. Kanalizasiya sisteminin əksəriyyəti lazım olmayan yerlərdə qurulub. Hökumət köhnə kanalizasiya sistemlərinə toxunmasaydı, bəlkə də bu günki qədər biyabırçılıq olmazdı».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam