Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Bunun üçün Bakının bütün asfalt yolları dağıdılmalıdır...”

Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirib.

Xeberinfo.com:   Baş nazirin müavini ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır.

Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur: “Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.

Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.

İndi isə Bakı sürətlə inkişaf edir, bu, göz qabağındadır. Doğrudan da bu şəhər böyüyür, əhalisi artır. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır”.

A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil: “Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi əsaslandırmaları hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam