XOCA FƏTULLAH GÜLƏNİN 17-Cİ FƏTVASI:“...Pedronu (yəni rus səfiri Andrey Karlovu) öldürün!”
Rövşən Lənkəranski Azərbaycan Xalq Diplomatiyasının qəhrəmanı kimi qaldı.
Xeberinfo.com: Dolayısı ilə Pensilvaniyada hazırlanan bu terror aktının da ssenarisi Türkiyədə tamamlandı.
Amma, dayanın! Bizim təkzib olunmayan faktlarımız var. Məsələn təhlillər zamanı məlum oldu ki, 2016-cı il, avqust ayının 15-də azərbaycanlı “Avtoritet”, Azərbaycan-Rusiya, eləcə də Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında hələlik qapalı qalan layihələrdə iştirak edən Rövşən Lənkəranski rus səfiri Andrey Karlova xəbərdarlıq mesajı göndərir: “...Ehtiyatlı olun. Sizi öldürəcəklər...”. Səfirliyin təhlükəsizlik xidməti bu mesajı unutsa da, diplomat unuda bilmədi. Nəticədə araşdırılan sənədlərdə də məlum olub ki, rus diplomatı mesaja görə hardasa Rövşən Lənkəranski ilə görüşməyi planlaşdırıb. Amma bu görüş baş tutmadı. (Məlumata görə səfirin gündəliyinə düşən bu məsələ təhlil olunur.)
Avqust ayının 17-də “Barbaros-Bulvar” hotelinin qabağında çox adi bir qaydada Rövşən Lənkəranski öldürüldü.
Tarixə nəzər salın: avqust ayı (2016-cı il) Türkiyədə ən sakit ay olub, heç bir terror, qarşıdurma və yaxud çaxnaşma qeydə alınmayıb.
ABŞ MKİ-nin hesablamalarına görə Rövşən Lənkəranskinin ölümü Bakı-Ankara münasibətlərini alt-üst etməli idi. Amma ABŞ MKİ-nin nökərinə çevrilmiş Xoca Fətullah Gülən bu qanlı terrorda heç nə udmadı. Sadəcə yazılanlara görə bu terror aktını Fətullah Gülən Rövşən Lənkəranskinin ölüm səhnəsini Pensilvaniyada əyləşib rahatca izləyib.
Eyni ilə rus səfirinin ölüm səhnəsi də beləcə izlənilib. Oturub tamaşa ediblər.
Hər iki ölümdə oxşar elementlər çoxdur. Xatırladım ki, Rövşən Lənkəranskinin ölümü ilə amerikalılar Cənub zonasını coşdurmaq istədilər. Çünki qarşıda İran məsələsi vardı. Əslində rus səfirinin ölümündə də İran məsələsi dayanırdı.
Amma heç yerdə heç nə pozulmadı. Rövşən Lənkəranskinin ölümü ilə bağlı istintaq dayandı. Türklər istintaqı saxladılar. Nə üçün? Çünki ipin bir ucu MİT-ə, ordan da...
Və yaxud rus səfiri öldürülən vaxt sərgidə kifayət qədər Gülənçi olub. Türk terrorçusu silahı şıxardarkən salona nəzər saldı. (Video görüntüsünə baxın.) O kimdən xeyir-dua alırdı, fikrimcə, sərgiyə gələn Qırğızıstan nümayəndə heyətindən... (Bu bizim araşdırmalarımız idi. Sizin araşdırmalarınız nə göstərəcək onu bilmirik.) Bunu da qeyd edim ki, Qırğızıstan Xoca Fətullah Gülənin ən böyük bazalarından biridir...
Ayılın cənablar! Vətənin, Ulu Öndər Heydər Əliyevin çörəyi sizə haram olsun. Heç olmasa yaxşı oğullarımızı qorumağı bacarın. Meydanda tək qalma ehtimalımız daha çoxdur.
Öldürülən rus diplomatı Andrey Karlovun qeyd kitabçasından Rövşən Lənkəranski ilə bağlı qeydlərin oxunması da maraqlı olacaq. Təhlillərə görə orada Rövşən Lənkəranskinin ölümündə iştirak edən bir neçə nəfərin də adı qeyd olunub.
Biz iki nəhəng və böyük şəxsiyyəti itirdik. Məni düz başa düşün. Rus diplomatı da bizdəndi. Yəni həm qonşumuz həm dostumuz olan Rusiyadandı. Əslində onun da soy-kökü türk obasına, türk ocağına gedib çıxır. (Bunu unutmayın). O bir ölkənin diplomatıdır, xalqın, millətin yox!..
İtirdiyimiz, qorumağa cəsarətimiz və hünərimiz... qeyrətimiz çatmayan Rövşən Lənkəranski isə dövlətin yox xalqın, millətin diplomatı idi.
Dəfn mərasimində hörmətli millət vəkili Fəzail Ağamalı onun haqqında həqiqəti deyəndə bəziləri (övladları Dövlət Diplomatiyasına soxularaq Cənab Prezidentimizin strategiyası əleyhinə xaricdə iş görən adamları nəzərdə tuturam) onu qınadılar. Amma o, nə dedi ki... Dedi ki, Rövşənə istedadı Allah vermişdi. Özü də milyonların içindən seçib vermişdi. Məhəbbəti, sevgini isə xalq və millət vermişdi. Tarix onu dünyaya tanıtdı. Zaman isə onu nakəs, əclaf və binamus, hiyləgər insanlarla üz-üzə qoydu. Ruslar öz diplomatlarına heykəl qoydular. Ona halaldı. Bizimkilər isə Rövşən Lənkəranskiyə ürəklərdə heykəl qoydu.
Allah bütün, hətta ağrısı-acısı olan, dərd və əzabdan çat verən ürəklərdə də Rövşən Lənkəranskiyə yer ayırdı... Zaman və tarix hələ öz övladı haqqında öz sözünü deməyib...
Hələlik söz deyən ABŞ MKİ-nə sığınıb, Ağ Evdə Obamanın, Trampın döşlərini əmən, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanı və milləti təhqir edən Xoca Fətullah Gülən və onun ləyaqətsiz “Camaatı” oldu.
Biz həmişə Xalq Diplomatiyası haqqında danışanda çox da uzağa gedə bilmirik.
Çünki Xalq Diplomatiyasının qəhramanlarını tanımırıq, bəzən xainlik və qısqanclıqdan tanımaq da istəmirik.
Amma nə fayda. Zaman o qəhrəmanları artıq bir-bir tanıdır. Nəzərimdə Rövşən Lənkəranskini bizə yetirən qanunlarımızdakı boşluqlar oldu. Onu tərbiyələndirən, öz milləti və xalqı üçün tərbiyə edib formalaşdıran, ona tədricən bəşəri bir məhəbbət verən Xalq və onun Diplomatiyası oldu. Və belə bir sual çıxır: Torpaqlarımızı işğal edən ermənilər Azərbaycanın Xalq Diplomatiyasında yetişən qəhrəmanlara tab gətirə bildilərmi? Yox! Bu mümkün olmayan bir işdir.
Hələ də bağlı məqamlar var. Məsələn Rövşən Lənkəranskinin ölümü ilə bağlı Türkiyə MİT-nın 24 sualı cavabsız qaldı. Çünki o sualların cavabı MİT müstəntiqinin fikrincə Azərbaycanda verilməli idi. Rövşən Lənkəranski Azərbaycan vətəndaşı idi. Bəs hansı səbəbə görə istintaqda Azərbaycan tərəfi təəssüf ki, iştirak etmədi, istintaq materialları tamamlanmadı?
Araşdırma materiallarına görə həm rus diplomatı Andrey Karlovun, həm də azərbaycanlı Rövşən Lənkəranskinin qətlləri üçün Fətullah Gülən hər birinə beş milyon dollar dəyərində mükafat ayırmışdı.
Məlumata görə həmin mükafatlar qətllərdən beş dəqiqə sonra yəni ölüm səhnələri internet saytlarında yayımlandıqdan sonra öz ünvanlarına çatıb. Digər bir məlumatda isə bildirilir ki, hər iki qətlin törədilməsində həm MİT-dənhəm də FTX-dən məxfi informasiyaların sızması və yaxud Gülənçilərə satılması böyük rol oynayıb. Rövşən Lənkəranskinin ölümündə Azərbaycandakı Fətullah Gülənçilərin gizlin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Biz bu tədqiqatın mərkəzində dayanmışıq. Bu mərkəzdən nələr oxunmur, kimlər görünmür...
Bəzi istintaq materiallarında Rövşən Lənkəranskinin ölümündə TAK – təşkilatının da əli olduğunu qeyd edirlər. TAK terror təşkilatı PKK-nın şəhər qolunu təşkil edir. Bu kürd təşkilatı Fətullah Gülən Camaatı ilə sıx kontaktdadır. Bu təşkilat Fətullah Gülənlə çox gizli maliyyə əlaqələrinə malikdir. TAK təşkilatının Fətullah Gülənlə çox güclü strateji yaxınlığı var. İstintaq materiallarında qeyd olunur ki, Azərbaycanın da müxtəlif regionlarında, nazirliklərində TAK təşkilatı ilə Fətullah Gülən təşkilatının birgə əməli fəaliyyəti var. Yəni dayaq nöqtələri var. Ulu Öndər Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycana qarşı yönəlmiş bu bandit qrupunun fəaliyyəti artıq göz önündədir. Əlavə məlumata görə həm Türk lideri R.T.Ərdoğan, həm də Rusiya prezidenti V.V.Putin Azərbaycan ərazisində Fətullah Gülən mərkəzlərinin dağıdılmasını artıq tələb edirlər. Bizə belə gəlir ki, Rövşən Lənkəranskinin ölümündə iştirak edən və gizlənən Azərbaycanlı Gülənçilər də yaxın günlərdə ifşa olunacaq.
Sadəcə bir fakta diqqət yetirin cənablar. Baxın görün sizin verdiyiniz diplomat pasportu ilə Azərbaycanı kimlər tərk edib və qaçıb...
Türk istintaq qrupunun üzvləri məlumata görə Azərbaycan ərazisində və RF-nın regionlarında Rövşən Lənkəranskinin “Haqq-hesab dəftəri”ni gəzdirən və qoruyan şəxsi axtarmaqdadırlar...
Məhz bütün bunlara görə bizlər nəfsimizə nökər olub, içimizdən çıxan Xalq Diplomatiyasının qəhrəmanlarını asanlıqla satıb, onları məhv edirik. Biz necə millət olduq Allah?
Görən gözəlliyimizi, vüqarımızı, cəsarətimizi, hünərimizi harda salıb itirdik?
Rövşən Novruzoğlu.
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.