Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XOCA FƏTULLAH GÜLƏN: MƏLUM OLMAYAN HƏQİQƏTLƏR... O BİZİ ÇAŞDIRDI

XOCA FƏTULLAH GÜLƏN: MƏLUM OLMAYAN HƏQİQƏTLƏR... O BİZİ ÇAŞDIRDI

 

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmer Brok: “Fətullah Gülən qrupu illər ərzində gizli ittifaq yaratdı. Dövlətin içinə daxil oldular. Nazirlik və qurumlarda yer aldılar.” 

 

Azərbaycanda isə onun doğma övladları peyda oldu... Həmin övladlardan biri keçmiş MTN-də Nazir Namiq Abbasov tərəfindən işə qəbul olundu. ... sonra isə işdən alındı.

 

Xeberinfo.com: Türkiyədəki hadisələrdən sonra Azərbaycan dərhal addım atmalı idi, lakin gecikdi. Azərbaycanda bu gün baş verən iqtisadi-siyasi çaxnaşmaların, pozulan bazar siyasətinin, prezident sərəncamlarının və parlamentin ratifikasiya etdiyi qanunların işləməməsinin səbəbini Fətullah Gülənin (ABŞ MKİ-nin casusu) və onun dəstəsinin qurduğu “PARALEL DÖVLƏT”də axtarmalıyıq...

Müstəqil Azərbaycanın ictimai-siyasi quruluşuna, onun dövlətçilik ənənələrinə qarşı yönəlmiş “Doxsn doqquz səhifəlik strateji proqram”ı “Nur camaatı”nın mənəvi atası Fətullah Gülənin sayca dördüncü “Siyasi dəftəri”dir. Bu məsələni şərh etməzdən əvvəl ABŞ-dakı A.Linkoln kitabxanasına (Vaşinqton) ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus və üstündən “Məxfi qrif”i götürülərək kütləvi istifadəyə verilmiş minüçyüz səhifəlik kəşfiyyat materiallarının “Azərbaycan səhifələri”ni oxumaq (heç olmasa vərəqləmək) maraqlı olardı. Həmin səhifələrdə bu gün iqtidarlı, müxalifətli... meydan sulayan insanların kimliyini, onların əsl simalarını... öyrənmək çətin olmazdı. Amma fakt faktlığında qalır. Məsələn həmin sənədlərin birində yazılır ki, Azərbaycanda iqtisadi kəşfiyyat, ümumən bütövlükdə kəşfiyyat işi sıfra bərabərdir. Nəticəyə görə Azərbaycanda fəaliyyət göstərən (əsasən diplomatik korpusların tərkibində) xarici iqtisadi kəşfiyyatın nümayəndələrinə könüllü xidmət edən Fətullah Gülənçilərin əli və gücü ilə hər il ölkədən 1.5 milyard dollar dəyərində dövlət əhəmiyyətli iqtisadi informasiya və material yoxa çıxır. Bu məbləğin isə 700 (yeddi yüz) milyonu müxtəlif ad altında yenidən Azərbaycana qayıdır (?). “Məxfi arxiv Qovluğu”n Azərbaycan bölməsini hazırlayan general K.Ulyam “Xatirələrim”də (Nyu-York nəşriyyatı) göstərir ki, Azərbaycandakı mövcud hakimiyyətin tərkibində bütün bu strateji informasiyaların icraçıları və ötürücüləri var və onlar bilavasitə ABŞ MKİ-nin “ən yaxın dostu” Fətullah Gülənin tapşırıqlarını həyata keçirənlərdir. General K.Uilyam bunu da göstərir: “...İslam aləmində İmam kimi ad alan Fətullah Xoca (Gülən) həm də ABŞ MKİ-nin generalı kimi tanınır və ona ünvanlanmış rəsmi sənədlər içərisində “general” sözü tez-tez təkrar olunur...”

Araşdırma materialları sırasında Fətullah Gülənin “Tərcümeyi-halı”na da toxunan qeydlərə rast gəldik. Məlum oldu ki, ümumiyyətlə beş sinif həcmində dərs alan MKİ-nin nökərinə çevrilmiş Fətullah Gülən öz tərcümeyi-halında həmişə dəyişikliklər aparmış, həyatının kölgəli sahələrini pərdələməklə məşğul olubmuş. Məsələn kəşfiyyat sənədlərində bacısı “Raifa”nı hər yerdə Rabin kimi qələmə verən Fətullah Gülən özünü də yəhudi kimi qələmə verib. Halbuki Fətullah Gülən Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. 1970-ci ilin aprelin 14-də isə Fətullah könüllü olaraq ABŞ Mərkəzi Kəşfiyyatına “xidmətə” keçib. (Həmin vaxt sənədlərə görə keçmiş İttifaqı dağıdan M.S.Qorbaçov da eyni qayda ilə MKİ-nə sığınıb.)

Fətullah Gülən ötən əsrin sonlarında və 2004-cü ilin may-aprel aylarında Bakıda, Gəncədə, Lənkəran və Mingəçevirdə olub. Məlumata görə onun Bakıda iki ərdə olan qızı və bir oğu var. Deyilənlərə görə o da çox böyük rütbə sahibidir... Olsun. Qoy bu da olsun... Təbii ki, bu indiki günümüz üçün adi bir şeydir. Və Azərbaycanda dörd bankın ona borcu olduğu halda Türkiyənin MİT ola bilsin yaxın günlərdə açıqlama versin. Təbii ki, gülənçilərin siyahısının açıqlanma ehtimalı var... (Bu siyahı artıq məlumdur.)

Çalışmaq və yaxud ayıq-sayıq olmaq lazımdır ki, Fətullah Gülənin “Fitva”larından qorunaq. İndiyədək onun “Fitva”larından çox əziyyət çəkmişik. (Bu haqda sonra.) Onun hələ həyata keçməyən, vaxtını-zamanını gözləyən neçə “Fitva”sı qapımızın ağzını kəsdirib...

MKİ-də ilk ləqəbi “Xoca” olan Fətullah Gülənin missiyası da müəyyənləşərək, aydınlaşır: - Müasir Türk dünyasının birliyini dağıtmaq, Türk respublikalarında mövcud dövlətçilik ənənələrini dağıdıb, məhv etmək və bilavasitə MKİ-nin strategiyasına uyğun dövlətlər qurmaq və hər bir türkdilli ərazilərin tarixi dövlətçilik ənənələrini sarsıtmaq.

“Xoca” Fətullah Gülənin Azərbaycan istiqamətində qurduğu hörümçək toru daha çoxşaxəli idi. Faktiki olaraq Azərbaycanda “İlin adamı”, “İntellektual adam”, “İlin gözəli”, “Mətbuatın dostu”, “Yazarların dostu” və s. kimi qondarma və məntiqə görə heç bir qiyməti olmayan, mənəvi dəyərlərdən uzaq hərəkatlar məhz Fətullah Gülənin strategiyasının əsas xətlərini təşkil edir. Onlarla kitabın müəllifi olan Xoca Fətullah Gülən nə çıxışlarında, nə də əsərlərində taleyimizdə və həyatımızda əsas sütunlardan olan ata-anamız barədə bir cümlə də olsun danışmır... Və yaxud Fətullah Gülən hansı səbəbə görə lazım bilmir onun yazdığı kitabı axıradək oxusunlar. “Mən öz fikirlərimi bir-iki səhifədə tamamlayıram” – deyən Xoca Fətullah Gülən onu təbliğ edən telekanalların və mətbuatın bank hesablarına heç vaxt öz yardımını əsirgəməyib. Azərbaycanda dörd tele-kanala və hazırda nəşr olunan onlarla qəzetə, qeyri-hökümət təşkilatına yardımçı olan Xoca Fətullah Gülən Azərbaycanı heç vaxt sevməyib və bu sevgini özündə tərbiyə etməyə də elə bir cəhd etməyib. 

Araşdırma materiallarına görə ABŞ MKİ-si Fətullah Güləni müsəlman dünyasının İmamı kimi tanınan İmam Xomeyniyə (İran) alternativ yaratmağa cəhd etsə də, bu alınmadı: Fətullah Gülən İmam Xomeyni ola bilmədi.

Gülən-ABŞ əlaqələri ilə bağlı istintaq materillarında yazılır:  «CIA nəzdində bütün fətullahçılar “walk-in” adlandırılan casus kateqoriyasındadırlar. Yəni, özləri könüllü casusluq xidməti təklif etmişdirlər. Onların hesabına görə necə ki, Xomeyni sürgündən sonra İrana qayıdıbsa, Fətullah Gülən də bir gün dəvət olunacaq və gəlib prezident kürsüsündə oturacaqdır. Amma fətullahçı güruh sadəcə ABŞ və CIA ilə kifayətlənməyiblər. Bunun paralelində Vatikan, Fənər Yunan Patrikxanası, Musəvi xaxambaşısı və.s ölkələrin gizli servisləri tərəfindən də istifadə olunur və fəaliyyət göstərdikləri ölkələrdə əldə etdikləri mühüm məlumatları bu servislərə ötürürlər. İngiltərədə Lord Rotherham tərəfindən “İngiltərəyə Müstəsna Xidmətlərə Görə” mükafatı alır, “Leaders Club”, “Editorial Office”, “Booruker” kimi QHT-lərlə sıx işbirliyi içində fəaliyyət göstərirlər. Eyni zamanda Almaniyada, bu ölkənin xarici xüsusi xidmət orqanı olan BND tərəfindən dəstəklənən “Dost Yolu Dərnəyi”, “Y.Burq A.Ş”, “Türk Alman Araşdırmaçılar Birliyi” kimi təşkilatlar da qurmuşdurlar. Fətullahçılar sadəcə CIA ilə deyil “double agent” olaraq onlara kömək edən hər bir servislə əməkdaşlıq edirlər. İngiltərədə xarici vətəndaşlarla iş aparan MI5 və xaricdə xüsusi xidmət orqanı MI6-nın uzaq şərq departamenti CIFE və orta şərq departamenti MEIC-lə də sıx əməkdaşlıq içində olduqları təsbit edilmişdir».

 

 

Türkiyənin Paralel Şəbəkə məsələsində səhvlərini öncəki yazılarda qeyd etmişdik. Bunun da bir sıra səbəbləri var. Belə ki, Gülən ilə AKP 10 ildən çox elə sıx işləyib ki, “yağla ayranı ayırmaq” imkansızdır. Məsələn, Ərdoğan Paralel ilə mübarizə üçün Gülənin şirkətlər dərnəyi olan TUSKON-a alternativ olaraq, MUSİAD yaradılır. Ancaq onun Azərbaycanda qurulması üçün fətullahçılarla danışıqlar aparılır. Sadəcə bu olsa, dərd yarı idi. Bu gün Türkiyə iqtidarı Azərbaycandan inciyir ki, Gülənə qarşı mübarizədə yetərli dəstək görmürlər.

Məsələn, “Çağ” bağlandı, yerinə “İstək” açıldı.

ABŞ-ın fətullahçılardan ibarət beyin mərkəzi olan Qafqaz Universiteti fəaliyyətini davam etdirir.

TUSİAB Gülənin şirkətlər dərnəyi olaraq, çalışmaqdadır.

Fətullahçılar vəzifələrində qalırlar.

Doğrudur!

Ancaq Türkiyədən gəlib, təyyarədən enər-enməz TUSİAB başqanı Yavuz Keleş başda olmaqla fətullahçılarla görüşən kimdir? AKP-dən olan millət vəkilləri və nazirlər.

Ərdoğanın Paralelə qarşı mübarizəsinin kulminasiya nöqtəsində – dekabr 2014-cü ildə “Hər zaman TUSİAB-ın arxasındayıq” mesajını verən kim idi? Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alpər Coşqun. Yanlış oxumadınız! Ərdoğan ötən ilin dekabrında Gülənə qarşı 17 dekabr 2013-cü il çevrilişə cəhdinin rövanşını etdi. Fəqət həmin vaxt Türkiyənin Azərbaycandakı səfiri Gülənin xeyir-duası ilə qurulan, Ənvər Özərənlərin, Ahmet Sanıcların, Yavuz Keleşlerin, Yasin Goralların söz sahibi olduğu bu Paralel Quruluşa açıq dəstək verərək, önünü açdı. Ərdoğanın Paralelə münasibətinə görə, TUSİAB-la arasına məsafə qoyan Azərbaycan hökuməti bu addımdan sonra həmin təşkilata olan münasibətini dəyişdirdi.

Qeyd:

Gülənin Azərbaycana ilk göndərdiyi missionerlərdən olan Faruk Arslan yazır ki, “Azərbaycana gələn ilk 36 şagird və 8 müəllimin rəhbərliyini etmiş Mehmet Ertekin yeni bir vəzifə gözləyirdi. “Araz” Universitetə Hazırlıq Kursları bir il içində normal fəaliyyətə keçmişdi. Orta Asiyaya gedən bütün ilk mühacirlər Bakıda keçərkən onları hava limanında qarşılayan, Bakını gəzdirən Mehmet Ertekin idi. Ayrıca, bütün iş adamları da onun əlindən keçirdi. Onun təşəbbüskarlığı və ictimaiyyətçiliyi Prof. Dr. Zəfər Ayvazın diqqətini çəkmişdi. Bu bacarığından faydalanmaq üçün 1994-cü ilin əvvəllərində Mehmet Ertekinə bir iş adamları dərnəyi qurma vəzifəsini verdi. Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyəti – TÜSİAB 16 Noyabr 1994-ci ildə Bakıda belə yaradıldı”. 

Bəs TUSİAB-ın qurulma təlimatını verən prof.dr. Zəfər Ayvaz kim idi?

Onu da Gülənin 40 illik başqa bir tələbəsi – Nurəddin Veren açıqlayır: “Fətullah Gülən Şəbəkəsinin ilk konseyi bu şəxslərdən ibarət idi:  Ali Candan, İlhan İşbilen, Halil İbrahim Uçar, Mehmet Atalay, Mehmet Kadan, Kemalettin Özdemir, Abdullah Aymaz, İsmail Büyükçelebi, Ahmet Kemerli, ZAFER AYVAZ, İsa Saraç, Nurettin Veren və Necdet Başaran. Bizim Hocaəfəndi tərəfindən qoyulan qanunlarımız, bir idarəetmə mexanizmimiz var idi. Edəcəyimiz işlər və vəzifələrimiz sıralanmıştı”. (Zəfər Ayvaz həmçinin Qafqaz Universitetinin ilk rektoru olub.)

Görünən dağa bələdçi lazımdırmı? Alpər Coşqunun “Hər zaman arxasındayıq” dediyi TUSİAB birbaşa Gülənin təlimatı ilə qurulmuşdur. Və Türkiyə-Azərbaycan əlaqələrində son illərə qədər kilid rol oynayan TUSİAB Camaata yaxın olmayan iş adamların Azərbaycana girməsini əngəlləmək, onlara qarşı çıxanları müxtəlif adlarla dövlətə şikayət edərək, deport etdirmə əməliyyatlarında da mühüm rol oynamışdır. Doğrudur, TUSİAB içərisində heç bir camaata bağlı olmayan, milliyyətçi, inanclı insanlar da var. Lakin üzdə görünməyən “konsey” hər zaman fətullahçılardan ibarət olub, bəziləri özlərini TUSİAB-ı idarə edirmiş kimi görünsələr də, əsas daşları oynadan hər zaman Camaat olub…

Azərbaycanda Paralel Dövlət qurmaq Fətullah Gülənin arzusu idi. Ötən əsrin 70-ci illərindən Azərbaycanın canına çökən “Xoca”, respublikanın ən kövrək sahələrində “Paralel Dövlət atributlarını” fikirləşdi. ABŞ Bakıdakı səfirliyindən təhlükəsizlik üzrə müşavir (əslində din üzrə müşavir) Robert Meys və onun yerli dəstəsi üçün də 17 min dollar ayrılmışdı. (Kitabxanadakı materialları oxumaq fikrimcə bəs edər.)

Azərbaycanda Paralel Dövlət arzusu ABŞ MKİ-nin strateji məqsədlərindən olub. Xoca Əfəndi Fətullah Gülən isə bu dövlətin yaranması istiqamətində ən böyük bazalardan biri olub. Vaşinqtona görə Paralel Dövlət Proqramları ilə çevriliş etmək daha asandır. 

Fətullah Gülən Azərbaycanda Paralel Dövlətini yaratmaq istiqamətində çalışdı və ... (Bu istiqamətdə qarşıdakı günlərdə yazacağıq.)  

Mən Xoca Fətullah Gülənlə bağlı fikirlərimə və tədqiqatıma hələlik son qoydum. Çünki onlar məndən güclü çıxdılar. Mənim fikrimcə “Peyğəmbər” filmində deyildiyi kimi: “...Məkkə artıq işğal edildi...”

Fətullah Gülənçilərlə bağlı tərtib olunmuş siyahıları büküb bir tərəfə qoyub götür-qoy etdim. Görən mən kimin üçün yazıram...

 

 

 

Rövşən Novruzoğlu:

milli təhlükəsizlik üzrə ekspert, politoloq

 

Redaksiyadan: Rövşən Novruzoğlunun xeberinfo.com-da dərc olunan araşdırma yazıları ilə bağlı müxtəlif reaksiyaların şahidi oluruq:ixtisarla dərc etdiyimiz bu faktlarla razılaşnlarla bərabər, razılaşmayanlar da az deyil. Xahiş edirik, mövqeyinizi telefonla deyil, redaksiyamızın elektron poçtuna yazı ünvanlamaqla bildirin.Əsaslandırılmış yazıya məmuniyyətlə yer ayıracağıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam