Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qurumuş köklər

 

   

 "Xeberinfo.com":  Keçən  il  Azərbaycanın  dilbər  güşələrindən  birinə  getmişdim. Getmişdim, deyəndə  bir  balaca  yekə  çıxır, yaxşı  dostları  sağ  olsunlar, aparmışdılar.Aparmışdılar  ki, satılıb- satılıb  bapbalaca  qalan  Azərbaycan  torpağının    qədər  gəzməli, görməli, lap  elə  yıxılıb  ölməli  olduğunu  mən    görüm. Ana  vətənin  hər  daşının, hər  qayasının  üzərində  kök  atıb  bitən  kolu, kosu, barmaq  boyda  gülü  adamda  fərəh  hissi  yaradır, üzə  sevinc, ürəyə  rahatlıq  gətirir.

  Dəli-dolu  dağ  çayının  şırıltısını  dinlədim, meşədəki  ağacların  göylərə  baş  çəkən  ucalığına  baxdım. Bu   uca  ağaclar  ana  torpaqdan  qidalanıb  boy  atmışlar. Dibini  bellələyini, su  verəni  olmayıb. Yaşamaqları  üçün  göydə  Allaha, yerdə  torpağa  inanıblar. Torpay  yetirib, bitirib.Allah  yağışlarla  suvarıb, yaşadıb. Dəli  sellərin  dibini  yuyub  apardığı  ağaclar  yıxılmayıb, sel- su  ağzına  düşməyiblər. Saysız  kökləriylə  torpağın  dərin  qatlarına  yeriyib  yaşayıblar, yaşayacaqlar. Torpağın   dərin  qatlarına  gedən  kökləri  nə dəli  küləklər, nə  də  gur  sellər  çıxarmaq, qoparmaq  gücündə  deyil. Amma... Deyirəm, nə  olaydı  həyatda  bu  "amma"lar  olmamaydı. Təəssüf  ki, "amma"lar  var, özü  də  lap  çox.

  Bu  gün  dünən  keçirdiyimiz  böyük  səhvlərə  görə  təəssüf  hissi  keçiririk. İçimiz  göyüm- göyüm  göynəyir. Babək, Koroğlu  nəsilindən  olduğumuza  şübhə  edirik. Çevrilib  dünənimizə  baxanda  bu  şübhələr  birə  beş  artır. Axı, nətəhər  olur  tarixdə  özünü  igid, qəhraman  adlandıran  bir  xalqın  torpaqları  amansızcasına   qonşu  xalqlar  tərəfindən  işğal  olunur, igid, qəhraman  xalq  işğalçıya  müqavimət  göstərmir, vuruşub  qanını  torpağa  qarışdırmır?! Qorxaq  dovşan  kimi  canını  götürüb, ölkənin  içərilərinə  doğru  çəkilir? Məlumdur  ki, torpaqlarımızın  başqa  bir  hissəsini  də  ruslar  işğal  etdi, ruslara  müqavimət  göstərə  bilmədik. Çünki  Rusiya  böyük  ölkə  idi. Torpaqlarımızın  başqa  bir  hissəsini  İran  işğal  etdi.İşğalla  barışdıq. İrana  zor  göstərmək  gücündə  deyildik.

   Qonşu  Rusiyanı, İranı  böyük  ölkə  bilib  torpaq  uğurunda  qan  tökmədik. Bundan  şirnikən  başqa  bir  qonşumuz  olan  balaca  Gürcüstan  da  vətənimizin  bir  hissəsini  özününkü  elədi. Bununla  da  razılaşdıq. Artıq  bu, rəzillik, qorxaqlıq, nakişilik  idi.Gürcüstan  bizim  üçün  nə  böyük  Rusiya , nə  də  böyük  İran  yox, bapbalaca  Gürcüstan  idi. Tarixinin  hər  bir  səhifəsi qəhrəmanlıqlarla yazılmış  bir  xalqın (bunu  bizdən  başqa  heç kim  demir  ha...) torpaqlarını  çox  asanca  özününkü  eləmiş, xırda  bir  xalqa  baxan, Qərbi  Azərbaycanda  yaşayan az  sayda  etnik  ermənilər  də  iştaha  gəldilər. Məkirlə,hiyləylə  qədim  tarixə  malik  yerli  xalqı  yaxaş-yavaş  öz  dədə- baba  torpaqlarından  çıxarmağa, qovmağa  başladılar. Burada  koroğlularımız  yox, keçəl  həmzələrimiz "çıx", "get" deyənlərin  qabağına  düşüb  doğma  ev- eşiklərindən  çıxdılar.

   Və  beləcə, Şah  oğlu  Şah  babamızın  bizlərə  əmanət  etdiyi  yurd  torpaqlarımızı   qan  töküb  şəhid  vermədən  yadlara  verdik.

  Dəyərli  oxucular, görünür, bir  millət  olaraq  biz  sellərin  dibini  yuyub  yoxa  çıxara  bilmədiyi  meşə  ağacları  kimi   torpaqlarımızın  dərinliklərinə  kök  atmamışıq. Balaca  bir  sel  gələndə  selin, zəif  bir  külək  əsəndə  küləyin  qabağına  düşmüşük. Tarixi  torpaqlarımızı  tərk  etmişik.

  Tarixən  itirdiyimiz  torpaqları  göz  önünə  gətirdikdə  mən  belə  qənaətə  gəlirəm  ki, biz ata- baba  torpaqlarımızın  dərinliklərinə  kök  ata  bilməmişik. Üzdə  bir- iki  kökümüz  var, ona  da  düşmən  əl  atanda  əlində  gəlir.Bu  gün  bizim  kökümüz  torpağın  ən  yumuşaq  qatındadır. Əgər  belə  olmasaydı, 20  il  biz  torpaqsız  qalmazdıq. Artıq  o  köklər  də  quruyub...Torpaqdan  şirə  çəkmir.Qarabağ  da  yaddan  çıxıb, o  torpaqların  bizim  olması  da.

  

    Bəsdi  oyan,ay  millət!!!

           

     Məhərrəm  Şəmkirli

      

 

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam