Məlum olduğu kimi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyev ötən ilin dekabrın 22-də Sərəncam imzalayıb. Sərıncamda qeyd olunduğu kimi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.
Yenixeber.org: O da məlumdur ki, Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.
Amma son dövrlər paytaxt Bakı da daxil ölkənin müxtəlif şəhəırlərində qanunsuz tikililərin sayı artmaqdadır. Bir çox hallarda belə qanunsuz tikililərin qarşısı vaxtında alınsa da, bir çox hallarda da çoxsaylı şikayətlərə baxmayaraq qarşısı bəzi məmur özbaşınalıqlarından dolayı alınmır. Səbəbi Xətai rayon ərazisində aparılan qanunsuz tikili ətafında apardığımız araşdırmada bəlli oldu.
Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış. Lakin sonradan məlum olmuşdur ki, 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 həftədir ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəflərlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirməkdədir. Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində işləyən Nurlan və İntiqam adlı vəzifəli şəxslərə isə 20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.
Budur, 1 həftədir ki, Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikmək üçün qazıntı işlərinə başlamış və dərhal heç bir sənəd olmadan, yalnız “gözyumdu” şərtilə aldığı şifahi razılıq əsasında qanunsuz ev tikməyə başlamışdır.Xatırladaq ki, həmin ərazidə digər fiziki şəxslər də qanunsuz olaraq avtomobil qarajı tikmişlər ki, bu da yerli sakinlərin istirahət və hərəkətini məhdudlaşdırır. Və hazırda da tikintinin davam etdiyi bildirilir. Qanunsuz evin tikintisi üçün Azər və Nurlan adlı vəzifəli şəxslərin Tahirə 10 gün vaxt verdikləri də bildilir. 10 mərtəbəli yaşayış binlarının qarşısında, minlərlə sakinlərin gözləri qarşısında insanların haqlı narazılığına qarşı saymazyana davranaraq qanunsuz ev tikintisi üçün Tahir adlı şəxsə hələlik yerli rəsmilərdən kimsə DUR -demir. Bu da bir daha onu sübut edir ki, özbaşına tikintiyə icazə verən aidiyyatı vəzifəli şəxslərin maddi maraqları yuxarıda qeyd edildiyi kimi tam təmin edilmişdir. Belə olmasaydı, Tahirin inşa etdiyi daşları dərhal onun başına uçurardılar. Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir makler olan Tahir adlı fərdin özbaşnalıqlarına qanunvericilik daxilində son qoyulacaqdır.
Bir mətbu orqan olaraq rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlardan belə aydın olur ki, ərazidəki özbaşına ev tikintisi nəinki yerində araşdırılmış və işlərin müvəqqəti də olsa dayandırılmasına göstəriş verilmiş, əksinə istər yerli İcra Hakimiyyəti səlahiyyətliləri və istərsə də Arxitektura və Şəhərsalma Komitəsinin yanvarın 7-də hadisə yerinə təşrif buyurmuş komissiya üzvləri sadəcə tikiliyə baxış keçirmiş və heçnə baş verməmiş kimi, (yəni maddi maraqları təmin edildikdən dərhal sonra) ərazini tərk etmişlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və 16 yanvar tarixinə evin 1-ci mərtəbəsinin üst hissəsinə pompalı avtomobillə monolit beton da tökülərək bərkidilmişdir. Və hal -hazırda da işlər davam etdilir. Tahirə də xəbərdarlıq edilib ki, “tikinti işlərini tezləşdirsin və dam örtüyünü yekunlaşdırsın, yoxsa bir də şikayət olarsa biz məcbur olub tikintinin sökülməsinə göstəriş verəcəyik.”
Bəli, Xətai rayonunda baş verən bəlkə də mininci özbaşına tiklilidir ki, minlərlə yerli sakinlərin gözləri qarşısında belə özbaşnalıqlar baş verməkdədir.Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı məlumatlar var.
Doğrudur, müraciətimizdən dərhal sonra Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir: “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”
Burada təbii sual ortaya çıxır. Görəsən hüquq mühafizə orqanlarının göstərişini aidiyyatı üzrə yerli icra hakimiyyəti və Dövlət Arxitektura və Şəhərsalma Komitəsi niyə saya salmır?
Doğrudur, Xətai rayonunda bundan da təhlükəli tikililərə icazələr verilmişdir. Məsələn, Babək prospektində, “Arzu” şadlıq evinin yaxınlığında Neftayırma zavodunun 50 tonluq rezevuarları arasında olan 38 sot torpaq sahəsində bir neçə il əvvəl böyük bir supermarket tikilərək istifadəyə verilmişdir. O vaxt da SOCAR-ın vitse prezidenti hesab edilən Mikayıl İsmayılov 2018-ci ildə bizə rəsmi cavab vermişdir ki, guya sözügedən ərazi neft şirkətinə aid deyildir.
Halbuki, həmin ərazi üzrə də Xətai rayon Prokurorluğunda cinayət işi başlanmış və iş araşdırlması üçün Xətai RPİ-nə həvalə edilmişdir. Bir sözlə bu gün belə nəticəyə gəlirirk ki, oxşar hadisələri törətdiyinə görə Nəsimi rayonuna İcra başçısı təyin edilmiş Elxan İbrahimxəlilovun 47 günlük aqibəti Bakı şəhərinin digər rayon icra başçılarına bir dərs olmalı idi.
Yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyev Sərəncamla 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edib. Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri isə qanunsuz tiikililərə göz yummaqda davam edir.(aktualinfo.net)
Məmməd Əhmədoğlu
Məqaləyə dair fotomateriallar:











AZ
RU
