Baş Mil-Muğan Kollektoru İstismar İdarəsi təmir-tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə 28.08.2025-ci ildə başladığı kotirovka sorğusuna 30.09.2025-ci ildə yekun vurub. Müsabiqənin qalibi “TİKİNTİ TƏCHİZAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 81.120,87 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Yenixeber.org: Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi isə sözügedən MMC ilə 24.09.2025-ci ildə cari təmir üçün tikinti materialların satın alınmsı üzrə 107.220,7 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Sözügedən MMC ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, 2023-cü ildə yaradılıb. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Xızı rayonunun Suvarma Sistemləri İdarəsindən cari təmir işləri üçün mal-materialın satınalınması üzrə 169.660,4 manat məbləğində tender udub. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlara mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələri və tikinti materialları satmağa başlayıb. 2023-cü ilin iyulundan bu yana 38 dövlət satınalmasının qalibi olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏCHİZAT 2020” (VÖEN: 6600703451) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.01.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının OĞUZ RAYONU, OĞUZ ŞƏHƏRİ, KARL MARKS, ev.5, qanuni təmsilçisi kimi isə Məmmədov Vahid Mirsahib oğlu qeyd olunub.
Məlumatlardan da da göründüyü kimi MMC iki il öncə dövlət qeydiyyatına alınıb. Buna baxmayaraq Regional Su Meliorasiya Xidmətinə tabeli tabeli daha bir neçə idarənin keçirdiyi onlarla tenderlərin qalibi olub. Buradan da o nəticəyə gəlmək olar ki, “TİKİNTİ TƏCHİZAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində bu açıq tenderləri heç də elektron satınalmalar yolu ilə deyil, tanışlıq, yaxud da xüsusi göstərişlər sayəsəində əldə edə bilib. MMC-nin qalibi olduğu son tenderlərə diqqət yetirək.
Mərkəzi-Muğan Kollektorunun istismarı idarəsi tərəfindən aşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 77.399,74 manat məbləğində satınalma müqaviləsi 02.09.2025-ci il tarixdə;
Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 64.438,38 manat məbləğində satınalma müqaviləsi 25.08.2025-ci il tarixdə;
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 29.452,8 manat məbləğində satınalma müqaviləsi 15.08.2025-ci il tarixdə;
Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 76.932,46 manat məbləğində satınalma müqaviləsi 13.08.2025-ci il tarixdə;
Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 97.659,16 manat məbləğində satınalma müqaviləsi 07.08.2025-ci il tarixdə;
Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 29.992,06 manat məbləğində satınalma müqaviləsi 04.07.2025-ci il tarixdə;
Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumata rast gəlinmir. Amma göründüyü kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlar MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, ixtisas göstəricilərini,texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almadan hər biri ayrı ayrılıqda qanun pozuntularına yol verərək “TİKİNTİ TƏCHİZAT 2020” MMC-yə ümumi dəyəri yüz minlərlə ölçülən dövlət sifarişləri həvale ediblər.
Kimdir bunun arxasıda duran? Kimdir bunu təşkil edən? Təbii ki, Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri. Bəlkə də elə sədr Zaur Mikayılovun adamları. Bəlkə də Regional Su Meliorasiya Xidmətinnin rəisi Zakir Quliyevdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlar hər il yalnız ehtiyyat hissələrinin alnmasına dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə milyonlarla manat dövlət vəsaiti ayırır. Əksər rayonlarda təmirə dayanan nəqliyyat və xüsusi texnikalar sürücülərin hesabına təmir edilir. Amma müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilirsə, sürücülərə məcburi ehtiyyat hissələri aldırılırsa ayrılan milyonlarla manat dövlət vəsaitləri hara gedir?
Görünən odur ki, “TİKİNTİ TƏCHİZAT 2020” MMC Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlarla iş birliyində olub, ayrılan milyonlarla manat dövlət vəsaitlərinin talanmasında iştirak edir. Yoxsa Oğuz rayonunda dövlət qeydiyyatına düşmüş bir MMC-yə Şəkidə, Xaşmazda, Qusarda Hacıqabulda Ağstafada, Qəbələdə, Oğuzda, yəni respublikanın dörd bir yanında həm tikinti materialların, həm də maşın mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri işlərinin həyata keçirilməsinə, onları ehtiyyat hissələri ilə təmin etməsinə şəraiti kim yarada bilər? Ancaq Zaur Mikayılov.(aktualinfo.org)