Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir?
Məlum olduğu kimi, prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verdi.

Yenixeber.org: Yayılan məlumatlara görə, O. Hüseynzadə icra başçısı təyin edilən zaman özü ilə beş nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.

O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.

Başçının özünə isə şiddətli töhmət verilib.

Nocomment.az bu kontekstdə maraqlı bir paralel aparır: bəs ADSEA sədri Zaur Mikayılovu qudalarını, yaxınlarını, dostlarını başına yığıb, mühüm vəzifələr verib su sistemini çökdürdüyünə görə hansı cəza gözləyir?!

Nəzərə çatdıraq ki, Zaur Mikayılov ADSEA sədri təyin olunduqdan sonra buranı quda-ailə podratına çevirib.
Bu haqda bir neçə gün öncə media növbəti dəfə yazmışdı, həmin materialı biz də dərc etmişik.

Həmin yazının linki: https://nocomment.az/qudalar-agentliyi-su-sistemini-nece-cokdurur-sok-faktlar-daha-bir-aile-uzvune-de-vezife-verdiler/

Bu məqalədən də aydın olur ki, Z.Mikayılov bir qudası Fuad Quliyevi aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Ə.Şirinov rəsmən müşavirdir, amma faktiki Z.Mikayılovun tapşırığı ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir.

Fuad Quliyev isə bir neçə ay öncə qohum (quda) olduqları şəxsə də kommunikasiya sektorunda mühüm post verib.

Bu hələ harasıdır? Qudalar əksər mühüm postlara öz qohum, tələbə yoldaşlarını, dostlarını yerləşdirir.

Əksər tenderləri isə Fuad Quliyev özünün kontrolunda olan PDL MMC və yaxınlarına aid şirkətlərə ötürür.

Əlbəttə, bu cür qaranlıq fəaliyyət cəzasız qala bilməz, qalmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam