Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Nazim Eynallı – Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb -VİDEO

Nazim Eynallı – Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb - VİDEO
Ötən ilin payızında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli “Xüsusi Təyinatlı Yol İstismarı” MMC – nin direktoru Eynallı Nazim Hüseyn oğlu ilə bağlı qalmaqal gündəmi zəbt eləmişdi.
Yenixeber.org: O vaxt katibəsi iddia edirdi ki, Nazim onu iş yerində zorlayaraq cinsi əlaqədə olub, nəticədə dünyaya gələn uşağına da sahib çıxmaq istəmir.
Həmin qalmaqallı informasiya yayılandan sonra AAYDA idarə heyətinin sədri Saleh Məmmədov işçisinə heç “gözün üstə qaşın var” da söyləmədi. Ya Saleh müəllimin gözündə işdə zorlama normal haldır, ya da ola bilsin ki, Nazim Eynallının birbaşa vəzifəsi üzrə “xüsusi təyinatlı” fəaliyyəti cənab Sədri aşırı dərəcədə qane edir, onun tərəfdən gələn tüstüyə - qoxuya fikir vermir.
Nazim Eynallının direktoru olduğu yol idarəsinin asfalt zavodundan havaya zərərli tüstü buraxılır. Özü də sutkanın hansısa qısa zaman intervalında deyil, daimi olaraq. Xatırladaq ki, idarə Şamaxı və yaxın ətraf rayonlarda fəaliyyət göstərir ki, həmin zona da yerli və xarici turistlər üçün cəlbedici sayılıb. İndi isə qonaqları Nazimin tüstüsü hürküdəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsələyə münasibətini öyrənməyə çalışacağıq.(nyus.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam