Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ /FOTO

Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO

Abşeron rayonun Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfov və müavini Mübariz Bayramov həbsə atılan memar Akif Əliyev ilə birlikdə törətdiyi qanun pozuntularının və yerli sakinlərə məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə əvvəlki tarixlə sənədləşdirib saxtakarlıqla satması barədə çoxsaylı şikayətlər var.

Yenixeber.org: Bildirilir ki, Qobu qəsəbə Bələdiyyəsi örüş sahəsindən sakinlərə saxta sənədlərlə qəsəbə torpaqlarını sataraq yerquruluşu planından çıxarış əsasında göstərir və saxta sənəd tərtib edərək möhür vurur. Amma, bələdiyyə aid yaxşı ərazilər isə başqalarına yüksək məbləğə satılaraq fərdi tikintilər inşa edilir. Bu barədə nə Abşeron rayon İH-nin, nədə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xəbəri olmur, - deyə şikayətdə bildirilir.

Ancaq, Qobu qəsəbə Bələdiyyəsinin sədr müavini Mübariz Bayramovun arxitektur oğlu buna da öz saxtakarlığı ilə əncam edir. Yəni, oğul bürokrat da atasından heç də geri qalmır.



Kainat.tv-yə daxil olan məlumatda şikayətçilər, Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfov və müavini Mübariz Bayramov qəsəbə torpaqlarını qanunsuz yollarla satdıqlarını bildirir. 70 nəfərdən çox şəxsi aldadan bu iki vəzifəli şəxs onların etibarlarından siu-istifadə edərək, küllü miqdarda pullarının mənimsənildiyini, onlara pul müqabilində qanunsuz satılan ərazilərə sənət veriləcəyini deyir. Amma, çox vaxt keçdiyinə baxmayaraq bələdiyyə sədri Araz Nəcəfov və müavini Mübariz Bayramov tərəfindən torpaq sənədlərinin verilməsi hələ də öz həllini tapmayıb.

Bu özbaşınalığa və qanunsuzluğa dözməyən 100-ə yaxın qəsəbə sakini Ədliyyə nazirliyinin qarşısına toplaşıb rüşvətxor bələdiyyə sədri və müavinin əməllərinə etiraz edərək, şikayətçi olublar. Dərhal hadisəyə reaksiya verən Ədliyyə nazirliyinin vəzifəliləri yerli sakinlərin haqlı şikayətin tədbir görülməsi üçün DTX-ya göndərib. Hazırda istintaqın getdiyi bildirilir.

Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfov və müavini Mübariz Bayramovun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi işi aparılır. Hektarlarla qanunsuz torpaq satışı edən və 1 milyon manatdan çox yeyintiyə səbəb olan sədr və müavinin qanunsuz əməlləri bununla bitmir. Baş verənlərin nəticələri DTX-nin apardığı istintaqdan sonra bilinəcək. Amma görünən odur ki, hər iki şəxsin həbs olunması an məsələsidir.

Bnunla yanaşı qanunsuz satılan torpaqlar və bələdiyyədə yığılan vergi yeyintilərinə qədər yarı-yarıya "işləyən" sədr və müavin Şəhidlərə ehsan vermək adı ilə qəsəbədə yaşamağa gələnlərdən və yerli sakinlərdən küllü miqdarda pul yığmağa da nail ola bilmişlər. Şəxsi mənfəətləri üçün insanları aldadaraq Şəhid Ailələri adından 17 min manata yaxın pul əldə edən sədr və müavin, qəsəbədə fəaliyyət göstərən "Emil Market"dən də ehsan adı ilə ərzaq məhsulları götürərək market sahibinə küllü miqdarda ziyan vurmağı da bacarmışlar. "Emil Market"-in sahibi Elvin adlı sahibkar da bu iki bürokratdan şikayətçi olduğu deyilir.

Məlumat üçün bildirək ki, Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovla bağlı çox ilginc məlumatlar və səs yazıları redaksiyaya göndərilib. Bu barədə əməkdaşlarımız araşdırma aparır. Araşdırmalrdan sonra nəticə barədə oxucuları və hüqq-mühafizə orqanlarını məlumatlandırmağa çalışacağıq.
(Ardı var)
Paytaxt.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam