Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Musa Şəkiliyevin öğlanları hansı bizneslə məşğuldur?- Restoranlar, Qaxda mebel müəssəsi, şirkətləri….

Musa Şəkiliyevin öğlanları hansı bizneslə məşğuldur?-
Xəbər verdiyimiz ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Yenixeber.org: İlkin məlumatlara görə, əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb. İcra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.
XALQ-ın məlumata görə, Musa Şəkiliyevin övladları – Orxan və Rəsul Şəkiliyevlər – həm Bakıda, həm də Qax rayonunda, eləcə də Rusiyada geniş biznes fəaliyyətləri ilə tanınırlar.
Qardaşların rəhbərlik etdiyi əsas şirkətlərdən biri “Madena” MMC-dir. Şirkətin təsisçisi sabiq icra başçısının oğlu Rəsul Şəkiliyev, qanuni təmsilçisi isə Keyseruxski Şamil Fuad oğludur.
MMC 13 noyabr 2017-ci ildə qeydiyyata alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22C, 4-cü mərtəbədə yerləşir. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkət özünü kənd təsərrüfatı məhsullarının ixracı üzrə ixtisaslaşmış ticarət qurumu kimi təqdim edir. Maraqlıdır ki, şirkətin vebsaytı yalnız rus və ingilis dillərində fəaliyyət göstərir.

Rəsul Şəkiliyev əvvəllər dövlət strukturlarında çalışıb, daha sonra biznes fəaliyyətinə keçib. O, bir neçə il əvvəl bahalı günəş eynəyi ilə gündəmə gəlmişdi – həmin eynəyin qiymətinin bir müharibə veteranının 4,5 illik pensiyasına bərabər olduğu bildirilmişdi.

Əvvəldən biznesmen kimi özünü tanıtmaq istəyən Orxan Şəkiliyev də böyük iş adamı kimi tanınır. Onun da Bakının bir sıra rayonlarında kafe və restoran şəbəkələri var, həmçinin Qaxda mebel istehsalı ilə məşğul olduğu deyilir.Qaynarinfo.az



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam