Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? -İLGİNC FAKT

     Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
Buzovna qayalarını zəbt edən tikililərin sökülməsi üçün dövlət başçısının verdiyi tapşırıqdan 3 ilə yaxın vaxt ötür. Amma bu tapşırıq tam yerinə yetirilməyib.
Yenixeber.org: Hazırda yarımçıq saxlanılan söküntü işlərinin başa çatdırılması, qayalığın təbii vəziyyətinin bərpası, eləcə də ərazinin mühafizəsinin təmin edilməsi ilə bağlı Prezidentə müraciət hazırlanır.

Yada salaq ki, 2024-cü ilin mayında Buzovna qayalığına təbiət abidəsi statusu verilib. İndiyə kimi ərazidə Buzovna sakinləri 70-ə yaxın iməcilik keçiriblər. Qayalığın tikinti tullantılarından təmizlənməsi işlərində onlara ekofəallar, könüllülər və Abşeronun bir sıra kəndlərinin sakinləri də kömək ediblər.
2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü.
Prezidentin sərəncamının qulaqardına vurulması səbəbindən haqlı olaraq ciddi şübhələr də ortaya çıxmaqdadır və iddia olunur ki, artıq Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov həmin obyektin sahibləri ilə anlaşıb və onlarla "bazarlıq etdiyindən" sökülmə qərarından da vaz keçilib.
Başqa bir iddiada isə qeyd olunur ki, Elşən Salahovun gücü yetmədəyindən, sökülməsi vacib olan obyekt sahiblərinin hazırda hakimiyyətin üst pillələrində təmsil olunan məmurlar olması səbəbindən icra başçısı Prezidentin sərəncamını sona qədər icra etməyib.
Amma istənilən halda, ortadakı fakt Elşən Salahovun yarıtmazlığıdır ki, bu da diqqətlərdən yayına bilməz.(Dia-az)
Məsələ diqqətimizdədir...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam