Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... -AXI NİYƏ?..

İki-üç il əvvəl qərar verildi ki, Pirşağının daxili küçələri təmir edilsin. Çox sevindik, küçələrimizi güzgü kimi hamar çəkmişdilər. Nəinki gəzmək, baxmaq belə zövq verirdi. Pirşağı camaatı da sevinmişdi ki, “bəs nə yaxşı dövlətin yadına düşmüşük”...
Yenixeber.org: Prezident Pirşağıda təmir-bərpa, yenidən qurma işlərinin aparılması ilə bağlı qərar verib, axı. Bizim qurumlar da “əllərindən gələn” işi əsirgəmirdilər. Sonra birdən yadlarına düşdü ki, “aman Allah, Pirşağıda kanalizasiya yoxmuş”... Nə etdilər, güzgü kimi yolu "parçalayıb", kanalizasiya çəkdilər. Sonra lektrik xətlərini də yerin altından çəkdilər ki, bizə rahat olsun. Allah canlarını sağ eləsin. Bəs bizim güzgü kimi yolumuz?
Bu gün Pirşağının daxili yolları o gündədir ki, əvvəlkindən də betər. Bilirsiniz də, Pirşağının torpağı qumdur. Qumdan olan küçələr daha rahat idi. Ən azından qışda palçıq olmurdu. Yol çəkib, qumu o qədər materialla qarışdırdılar, ağ torpaq və s. əlavə etdilər ki, bu il qışda yollarımızdan keçəndə, bu yolları bu günə qoyan məsul şəxsləri sözün "hər" mənasında "yad" etməmək mümkün deyil.

Yadımdadır, iki il əvvəl günlərlə hasarlarımızı qaşıdılar. Güya qədim kənd imici yaradacaqdılar. Ardınca hasarlarımızın üstünə daş döşədilər, sonra "bəyənmədilər" deyə sökdülər. İndi də baxıram ki, bütün hasarları yenidən suvaqlayırlar. Yaxşı "pul silmək" metodu tapıblar. İşi görürlər, təhvil verirlər, "pul silinir". Yenidən köhnə hamam, köhnə tas məsələsi...

Danışan ki, yoxdur, kim biləcək? Heç kim!

Xatırlayırsınızsa, küçələrə daş düzüb, yollarımızı daraltmışdılar, o iş də yarımçıq qaldı.

Mən bu misalları çox uzağa getmədən sadaladım. Demək istədiyim odur ki, bu gün əksər dövlət qurumları məsul olduğu işini “üstü bəzək, altı təzək” şəklində görür. Və ya bütün işləri "gül-çiçək açan" şəkildə görürmüş kimi təqdim edirlər. Bu qurumların "ört-basdır" üsuludur.

"Dia.az"dan: Görünəni odur ki, Pirşağıda yollar AAYDA rəhbərliyinin iştahası ilə düz mütənasibdir... Yəni onların gözü doymalıdır ki, bu yollara da büdcədə nəzərdə tutulan qəpik-quruşdan pay çatsın...(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam