Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun borcu var -1.8 milyon

        Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi külli miqdarda borclanıb. Bu birlik növbəti dəfə maliyyə qalmaqalı yaşayır.

Yenixeber.org: Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 milyon 800 min manat vergi borcu var.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var.
Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır.
Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.
Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.(musavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam