Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Ömrünü Hüseyn Cavid irsinə, onun yaradıcılığına həsr edənlərə qarşı çıxanlara...

Zamanın mizan-tərəzisinin pozulduğu, bütöv bir yaradıcı nəslin torpaq altına gömüldüyü XX əsrin otuzuncu illəri bir çoxları kimi, Cavid əfəndinin də taleyinə yazılmışdı. O, mütəfəkkir yazar kimi dərin məzmunlu yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında milli məfkurənin və ədalətin təbliğatçısı idi. Zamanın gərdişində ədalətsizliyin qurbanına çevrilsə də, ədalətdən heç zaman əl çəkmədi və həqiqət axtarışını da daim yaradıcılığında ön planda saxladı. Üzərindən onillərlə zaman keçsə də, bu axtarışlar hər birimizi düşündürür.

Yenieber.org: Ötən həftə bəzi "media" resurslarında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil,  filologiya elmləri doktoru Gülbəniz Babaxanlının idarə etməsi barədə absurd, heçbir əndazəyə sığmayan yazı dərc edildi. Həmin yazıda aydın şəkildə həm akademik Teymur Kərimli həm də  Gülbəniz Babaxanlı açıq, qərəzli şəkildə hədəf seçilmişdi. Bu cızma-qara və şər böhtandan ibarət olan yazıya kiçik bir cavab vermək istəyirik. Birincisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir akademik Teymur Kərimli ciddi və nizam intizamla idarə edir. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutununda həyata keçirilən işlər barəsində AMEA rəhbərliyi və elm adamları daha yaxşı bilgiyə sahibdirlər.

İkincisi Gülbəniz Babaxanlının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu idarə etməsi barədə yazılanlar isə tam absurd və gülünc bir iddiadır. Çünki hər kəs yaxşı bilir ki, o  Hüseyn Cavidin Ev Muzeyində işinin başındadır. Ömrünü Hüseyn Cavid irsinə, onun yaradıcılığına həsr edən  Gülbəniz xanımın iş yükü ağırdır desək heçdə yanılmarıq. 

 Saxta elektron poçtla müxtəlif saytlara göndərilən məlumat tam şər böhtan əməlidir .  

Bu gün Hüseyn Cavidin Ev Muzeyinin işçi heyyəti başda Gülbəniz Babaxanlı  üç istiqamətdə işləyirlər. Bu üç istiqamət nədir? Birincisi və ən vacibi Cavidlərin həyat və yaradıcılığı ilə bağlı eksponatların toplanılması və lazımi səviyyədə qorunmasıdır. İkincisi həmin irsi tədqiq etmək, tədqiqatın nəticələrini elmi tədavülə buraxmaq və bu sahədə mütəxəssislər yetişdirməkdir. Üçüncüsü  ölkədə və ölkə xaricində Hüseyn Cavid irsini təbliğ etmək. Sadaladığımız bu üç istiqamətlə bağlı Gülbəniz Babaxanlı və Hüseyn Cavidin Ev Muzeyinin işçi heyyəti gecə gündüz çiyin-çiyinə verib elmi fəaliyyətini uğurla davam etdirirlər. 

Ancaq görünür sapı bizdən olanlar ədəbiyyatımızın günəşi Hüseyn Cavidi yenədə həzm edə bilmirlər. Belə olmasaydı Cavid yaradıcılığını, irsini, poeziyasını həm ölkədə həmdə xarici ölkələrdə tanıtdıran, təbliğatını aparan Gülbəniz Babaxanlıya  şər böhtan dolu yazılar yazmazdılar. Amma ki, nə yazsalar da xeyri yoxdur. Çünki Dövlətimiz, onun rəhbərliyi, elm adamları və Azərbaycanı sevənlər, Hüseyn Cavidi sevənlər, oxuyanlar muzeyin direktorunu yaxşı tanıyır. Bu məsələ ilə bağlı institutun direktoru akademik Teymur Kərimliyə müraciət etdik. Onun münasibətini sizə təqdim edirik.

Hörmətli baş redaktor!

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu haqda sizə göndərilən anonim yazının həqiqətlə heç bir əlaqəsi olmadığına görə qətiyyətlə təkzib edirik!

Hörmətlə,

Direktor, akademik 

Teymur Kərimli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam