Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Fəzail Ağamalını, deputat qızını, oğlanlarını və nəvələrini məhkəməyə verdilər -SƏBƏB


Sabiq millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə hazırda millət vəkili olan qızı – Günay Ağamalı, oğlanları Elçin Ağamalı və Yalçın Ağamalı, həmçinin nəvələri və digər ailə üzvləri barəsində məhkəmə iddiası qaldırılıb.
Yenixeber.org: Məlumata görə, Ağamalı ailəsi barəsində məhkəmə iddiası “Aqrarkredit” QSC BOKT  tərəfindən qaldırılıb.
Bildirilir ki, kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın icraatına verilib.
Qeyd edək ki, Ağamalı ailəsindən başqa cavabdeh kimi “Agricola” MMC-də göstərilib.
Məlumat üçün bildirək ki, Fəzail Ağamalı 1995-2024-ci illərdə millət vəkili olub. 1993-94-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifələrini icra edib. Bu il keçirilən sonuncu parlament seçkilərində Fəzail Ağamalının seçildiyi 60 saylı Salyan-Neftçala seçki dairəsindən qızı Günay Ağamalı millət vəkili seçilib.
“Buta” uşaq bağçasının rəhbəri olan Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.(yeniavaz)
Murad Məmmədov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam