Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Qaralovun "Akkord" şirkətinin dövlətin milyonlarını mənimsədiyi bildirilir -Bəs Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu nə düşünür? 

Qaralovun
Keçmiş baş prokuror Zakir Qaralovun himayə etdiyi "Akkord" şirkəti aktiv fəaliyyətdə olduğu 2018-ci ilədək olan müddət ərzində yol istismarı adı ilə Mərkəzi Bankdan 100 milyona yaxın kredit götürüb və hələ də həmin məbləği ödəməyib. 
Yenixeber.org: Bu barədə banka yaxın mənə redaksiymıza məlumat veribb. 
Onun sözlərinə görə, həmin mənimsənilmiş milyonlar dövlət vəsaitidir. 
Qanunvericiyə görə, Mərkəzi Bank hansısa quruma və ya şəxsə birbaşa özü kredit verə bilməz. Ona görə də "Zaminbank” ASC vasitəsilə 2012-ci ildə səhimlərinin böyük hissəsi "Akkord" şirkətinə məxsus olan "Doch Fasad” üçün 20 milyon manat kredit ayrılıb. 
"Doch Fasad” şirkətinin səhimlərinin 80 faizi "Akkord"a, 20 faizi isə alman iş adamına məxsus olub: "Mərkəzi Bank tərəfindən ayrılmış bəhs etiyimiz kredit müqabilində hansısa girov götürülməyib. Bu da özlüyündə ciddi qanun pozuntusudur. Kredit Balaxanıda Zavodun tikintisi üçün ayrılmışdı. Həmin zavodun tikintisi üçün əlavə olaraq İqtisadiyyat Nazirliyindən də 3 milyon manat ayrılıb. Baxmayaraq ki, "Zaminbank" ASC 2016-cı ilin 22 iyul tarixində bağlanıb, bu vaxta qədər nə götürülmüş borc qaytarılıb, nə də kredit faizləri". 
Bildirilir ki, hazırda "Zaminbank"a kredit faizləri ilə birlikdə olan borc 22 milyon manatdır. 
Bununla yanaşı, Mərkəzi Bankın girovsuz verdiyi vəsaitləri geri almaq öhdəliyi həm Əmanətlərin Sığortalanması Fondunun, həm də özünün üzərinə düşür: 
"23 bankın bağlanması işində əsas rollardan birini oynayan keçmiş Mərkəzi Bankın sədri Elman Rüstəmov və keçmiş Baş Prokuror Zakir Qaralov qanunsuz yollarla aldıqları kreditleri niyə qaytarmırlar? Niyə hətta məhkəmə qərarı ilə müsadirə olunmuş və Ali Məhkəmənin yekun qərarı ilə təsdiqləndiyi halda "Zaminbank"ın əmlakları hərraca çıxarılaraq dövlət vəsaiti ödənilmir?  Mərkəzi Bank bağlanmış banklarda olan borclarının alınması istiqamətdə nə işlər görür? Girovlar niyə hərrac yolu ilə satılaraq kredit borcları bağlanmır?".
Mənbə bildirib ki, keçmiş Baş prokuror Zakir Qaralov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 100 milyon manatadək krediti girov qoymadan banklardan götürüb: "Zakir Qaralov Elmar adlı qaynı Qazaxıstanda biznes qurmaq üçün həmin kreditin bir hissəsini istifadə edib". 
"Akkord" şirkəti ilə yanaşı bu istiqamətdə araşdırma aparmaq üçün Mərkəzi Banka və Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilib. 
              Əmanətlərin Sığortalanması Fondu nə deyir? 
Əmanətlərin Sığortalanması Fondundan verilən açıqlamada bildirilir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır: 
"Həmin norma banklara münasibətdə deyil, birbaşa hüquqi şəxslərin ləğvi ilə əlaqədar nəzərdə tutulmuşdur. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir. Bu səbəbdəndir ki, bankların müflis elan edilməsi ilə əlaqədar olaraq ləğvetmə prosesinin tənzimlənməsi birbaşa olaraq "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Müflis elan olunan bankın vəziyyəti digər əsaslarla ləğv edilmiş bankların vəziyyətindən daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından, onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi həmin Qanunda müəyyən edilib".
"Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən, "Zaminbank” ASC məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu  24.07.2016-cı il tarixdən "Zaminbank” ASC-nin ləğvedicisi təyin edilib. Həmin Məhkəmənin 19.09.2016-cı il tarixli, 2-1(81)-3620/16 nömrəli qərarı ilə ”Zaminbank” ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılıb. Bank məhkəmə qərarı əsasında müflis elan edildikdən sonra Bankın aktiv fəaliyyət göstərdiyi müddət ərzində bağladığı müqavilələrin icra olunması, aktivlərin realizəsi, kredit yığımlarının həyata keçirilməsi, borcalanların öhdəliklərinin tam icra edilməsi üçün Bankın ləğvetmə prosesinin yekunlaşması uzun müddət tələb edir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə öhdəliklərin icra edilməsi müddəti müəyyənləşdirilib", - deyə məlumatda vurğulanır.  
"Əlavə etmək istərdik ki, Qanunun 82.1.2-ci maddəsinə əsasən, LPO "Zaminbank” ASC üzrə hazırda fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Belə ki, Fond tərəfindən ümumilikdə 76.594.114 manat məbləğində vəsait Bankın əmanətçilərinə kompensasiya edilmiş və hazırki tarixədək reqres tələbindən irəli gələrək 60.728.797 manat məbləğində vəsaitin Fonda qaytarılması təmin edilib. Qanunun müddəlarına əsasən, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq açıq hərracda satılır. Lakin Məhkəmə qərarı əsasında müsadirə olunmuş əmlak (lar)ın sərəncamvericisi qismində ləğvedici çıxış etmədiyindən belə əmlakların özgəninkiləşdirilməsi Fondun səlahiyyətləri xaricindədir. Hazırda sadəcə sorğuda adı çəkilən hüquqi şəxs barəsində deyil, həmçinin LPO "Zaminbank” ASC-nin digər borcalanlarının kredit yığımlarının həyata keçirilməsi istiqamətində məhkəmə və icra orqanları ilə sıx qarşılıqlı əlaqə şəraitində işlər davam etdirilir", - deyə Fondan belə bildirilib. 
Aydın görünür ki, Əmanətlərin Sığortalanması Fondu məsuliyyəti öz üzərindən ataraq ümumi sözlərlə məsələyə münasibət bildirib. 
            Mərkəzi Bank isə belə deyir... 
Mərkəzi Bank da təxminən oxşar açıqlama verib və problemi həll edəcəyini deyir: "Ləğv prosesində olan "Zaminbank” ASC ilə bağlı daxil olan sorğunuz üzrə bildiririk ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (Məhkəmə) 22 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC (Bank) məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (Fond) 24 iyul 2016-cı il tarixdən Bankın ləğvedicisi təyin edilib. Məhkəmənin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Bank barəsində iflas proseduruna başlanılıb".
"Bankın idarə olunması üzrə bütün səlahiyyətlərin həyata keçirilməsi, bankın aktivlərinin idarə edilməsi, kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi, eləcə də bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlərin görülməsi, bankın aktiv və öhdəliklərinin satışının və ya köçürülməsinin həyata keçirilməsi "Banklar haqqında” Qanunun (Qanun) 71.7-ci maddəsinə müvafiq olaraq ləğvedicinin (Fond) səlahiyyətindədir. Qanunun 71.4-cü maddəsinə uyğun olaraq ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir", - deyə məlumatda qeyd olunur. 
Apardığımız araşdırmalara görə, "Zaminbank" ASC-nın Mərkəzi Banka 83 milyon manat borcu var. Eyni zamanda, 187 milyon manatdan çox dəyəri olan və məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakı var. 
Amma Mərkəzi Bank bu araşdırmanın nəticələri ilə razılaşmır: "Müsadirə edilmiş əmlakların dəyəri ilə bağlı müraciətinizdə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Qanunvericiliyə uyğun qaydada kreditlərin təminatı olan Bankın balansında olan əmlakların satışı üzrə lazımi tədbirlər Fond tərəfindən, digər əmlaklara münasibətdə isə Mərkəzi Bank tərəfindən hüquqi tədbirlər görülməkdədir. Cari dövrədək vətəndaşların qorunan əmanətlərinin kompensasiya olunan hissəsinin  99%-i (2084 nəfər müştəri üzrə 76.594.114 manat) ödənilib. Ödənilmiş kompensasiya məbləğinin təqribən 60 milyon manat məbləğində hissəsi Bankın aktivlərinin yığımı və satışı nəticəsində bərpa edilib. Qanunun 82-ci maddəsinə əsasən Bankın Fond qarşısında olan öhdəliyinin tam şəkildə icrasından sonra digər növbəliklər üzrə tələblərin ödənişi davam etdiriləcək".(arqument.az)  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam