Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Vəkil Çingiz Babayev Vəkillər Kollegiyasından şikayət verib-ARAŞDIRMA

 

Adətən Azərbaycanda siyasi motivli məhkəmələrə çıxan vəkillər Vəkillər Kollegiyasından necə uzaqlaşdırılırdı.
Yenixeber.org: Artıq Vəkillər kollegiyası vətəndaşların doğru düzgün hüquqlarını müdafiə edən,hakimlərlə ,vətəndaş arasında "maklerlik "etməyən,sözün əsl mənasında vəkil olanlar kollegiyadan uzaqlaşdırılır.Vəkillərin hüquqlarını qorumaq üçün yaradılan İctimai birlik nədən vəkillərin hüququnu pozur?
Tanınmış vəkil Çingiz Babayev Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.
 İddia ərizəsi onunla əsaslandırılıb ki, cari ilin yanvar ayında avtomobilinin küçədə parklaması ilə əlaqədar orada rastlaşdığı təsadüfi şəxs tərəfindən ondan edilmiş böhtan xarakterli şikayət əsasında AR VK Rəyasət Heyəti tərəfindən vəkilin peşə fəaliyyəti ilə bağlı olmayan məsələyə görə AR VK RH-nin 17.05.2024-c ü il tarixli qərarı ilə onun barəsində “töhmət” intizam tənbehi tətbiq edilmiş və bununla
AR Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 21-ci maddəsinin 1-ci bəndinin və 22-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur.
Məlumata görə, həmin şikayətçi Lənkəran polis şöbəsdinə də etdiyi eyni məzmunlu şikayətinin cəmi 4 gün sonra araşdırılmamasını xahiş etmişdir.
Bundan əlavə, 2023-cü ilin noyabr-dekabr aylarında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sabiq, hazırda isə Bakı Hərbi Məhkəməsinin hakimi olan Məmmədov Müşviq Vaqif oğlunun ARVK-na göndərdiyi təqdimatı əsasında 20.12.2023-cü il tarixdə RH-nin qərarı ilə Ç.Babayev barəsində intizam icraatı başlanmış, lakin “intizam pozuntusu”nun aşkar edilməsindən 6 aydan çox, yəni - 8 ay 3 gün keçdikdən sonra AR VK RH-nin 23.08.2024-cü il tarixli qərarı ilə Ç.Babayevin barəsində “3 ay müddətinə vəkillik fəaliyyətinin dayandırılması” intizam tənbehi tətbiq edilmiş və bununla AR Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 22-ci maddəsinin III hissəsinin və VI hissəsinin 5-ci cümləsinin (intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay müddətində intizam tənbehi tətbiq edilə bilinməsi) tələbləri pozulmuşdur.
ARVK-nə göndərdiyi təqdimatında hakim Müşviq Məmmədov göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və onun sədrliyi ilə araşdırılan vətəndaş İ.R.Qasımovun AR CM-234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 20.11.2023-cü il və 28.11.2023-cü il tarixlərdə sədrliyi ilə keçirilmiş hazırlıq iclaslarına vəkil Ç.Babayev gəlməmiş və əvvəlcədən bu barədə məlumat verməmişdir. Ona görə də C.Babayevin intizam məsuliyyətinə cəlb edilməsini xahiş edir. İntizam araşdırması ilə bağlı ARVK-dan göndərilmiş sorğuya cavab olaraq hakim M.Məmmədov həmin iclasların videoyazısıları təqdim etməmiş, əvəzində özü və iclas katibi tərəfindən təsdiq edilmiş məhkəmə iclas protokollarını təqdim etmişdir.
Lakin, məhkəmə iclasları Konfrans əlaqə sistemi vasitəsilə, real rejimdə onlay videoyazısı aparılmaqla arasşdırlmış həmin cinayət işinin Elektron Məhkəmə Sistemi potalındakı elektron kabinetindən əldə edilmiş çıxarışından müəyyən edilmişdir ki, göstərilən tarixlərdə ümumiyyətlə həmin məhkəmə iclasları keçirilməmiş, hakim M.Məmmədov və məhkəmə iştirakçıları isə məhkəmə iclas zalına daxil olmamışlar.
Buna baxmayaraq, ARVK Rəyasət Heyəti göstərilən halları nəzərə almadan vəkil Çingiz Babayevin barəsində yuxarıda göstərilən sərt intizam tənbehini tətbiq etməsi nəticəsində vəkilin hüquqlarının pozulması ilə bərabər, ondan hüquqi yardım alan vətəndaşların da Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi ilə qorunan yüksək keyfiyyətli hüquqi yardım almaq hüquqlarının da pozulduğu bildirilir. Hazırda məhkəmə araşdırması davam edir.(Bakupress.az)

P.S

Beynəlxalq təşkilatlar dəfələrlə vəkillərin hüquqlarının pozulmasına son qoyulması barədə bəyanatlarla çıxış edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam