Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səttar Möhbalıyevin adı keçən məhkəmədə prokuror müttəhimlərə cəza istədi -3 stadionu kim "yeyib"

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə “Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yenixeber.org: Hakim məhkəmədə sözü prokurora verib.

O, ittiham nitqi ilə çıxış edərək məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Bu ilin mayında başlanan məhkəmə araşdırmaları Gəncə, Göygöl və s. yerlərdə olan stadionların qanunsuz satışını əhatə edib.

İşdə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının az əvvəl istefaya göndərilən sədri Səttar Möhbalıyevin adı keçir. Buna görə də prosesdə dəfələrlə onun məhkəməyə çağırılıb dindirilməsi tələb olunub.

“İşdəki sənəd-sübutlar da, səs yazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb. Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik. Siz də eləmirsiniz...”, - vəkil A.İsmayılov deputatın dindirilməsi haqda vəsatətini əsaslandırarkən belə deyib.

Səttar Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.

Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.

Nadir Əliyev özünü təqsirli bilmir. O iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi Nadir Əliyevdən asılı olub, onun göstərişlərini yerinə yetirib.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar Alik Həsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.

Nadir Əliyev istintaqa ifadəsində isə fərqli danışıb. O, hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib.

Məhkəmədə Nadir Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə Səttar Möhbalıyevi ittiham edir.

Nadir Əliyev həmin səs yazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul etmir.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil A. İsmayılov demişdi ki, Nadir Əliyev məhkəmədə fərqli taktika seçib, bu səbəbdən Səttar Möhbalıyevin adını çəkmir:

“Görünür, söz veriblər ki, “ad çəkmə, səni çıxaracağıq”. Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?”

Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən Alik Həsənov da Səttar Möhbalıyevin çağırılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib.

Hakimlər Səttar Möhbalıyevlə bağlı vəsatəti təmin etməyib – onu məhkəməyə çağırıb dindirməkdən imtina edib. Onun adı çəkilən səs yazısına gəlincə, məhkəmə onu qəbul edib və iş materiallarına əlavə olunub. Lakin onun sübut kimi dəyərləndirilməsi məsələsinə sonda hökm çıxarılanda qərar veriləcəyi bildirilib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları sona çatmaq üzrədir.

İstintaqda da Səttar Möhbalıyevin dindirilməsi barədə vəsatətlər verilib. Lakin prokurorluq onu çağırıb ifadəsini almayıb. Amma cinayət işinin materiallarında Səttar Möhbalıyevlə bağlı ayrıca qərar var. Prokurorluq qərar verib ki, onun əməlində cinayət tərkibi aşkarlanmayıb, bu səbəbdən Səttar Möhbalıyevlə bağlı cinayət işi başlanması rədd edilib.

“Məhsul”u satmaq adı ilə dələduzluqda suçlanan Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisini 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.

Proses sentyabrın 16-da davam edəcək.(musavat)

E.Məmmədəliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam