Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"CƏNAB PREZİDENT, AĞDAMDA RAMİZ MEHDİYEVİN DEPUTAT TƏYİNATINA SON QOYULMASI ÜÇÜN..."-PREZİDENTƏ MÜRACİƏT

119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Məmmədov (Asif Mərzili) Ağdamda baş verən seçki saxtakarlığına cəhdlə bağlı Prezident İlham Əliyevə müraciət edib...

Yenixeber.org: Deputatlığa namizəd tərəfindən bu dəqiqələrdə Ağdamdan redaksiyamıza göndərilən müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident! 
Mən Azərbaycan vətəndaşı olaraq Konstitusion hüquqlarımdan istifadə edərək Sizin siyasi iradənizin məhsulu olan növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəldim. 3- cü dəfədir qoşulduğum seçki kampaniyalarında bir dəfə seçki saxtakarlığına dair toplanmış maddi sübutlar əsasında Konstitusiya Məhkəməsinə verdiyimiz şikayət təmin edilmiş, 119 saylı Ağdam Seçki Dairəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin diqtəsi və himayəsi ilə deputat edilmiş Bəxtiyar Sadıqovun seçki nəticələri ləğv edilmiş, təkrar seçki təyin edilmişdir.

 Bu dəfə isə Ramiz Mehdiyevin 20 ildir Ağdama deputat seçdirdiyi Bəxtiyar Əliyev seçki dairəsini dəyişərək 119 saylı Dairədən yenidən  Ağdamın deputatı olmaq arzusundadır. 20 ildir Ağdamda bir seçicisinin belə qapısını açmayan B.Əliyevin deputat edilməsi üçün isə, çox təəssüflər olsun, Ağdam rayonunun İcra Başçısı Vaqif Həsənov tərəfindən bütün qanunsuz addımlar atılmaqdadır. Bundan əvvəlki çağırışlarda 34 məntəqəsi olmuş Ağdamda indi 68 məntəqə yaradılmışdır. Bu günədək bütün məntəqələri komandamız olaraq gəzmişik. Seçicilərin Ramiz Mehdiyevin bu seçkiyədək deputat etdiyi Bəxtiyar Əliyev barədə söylədiyi sərt sözləri təəssüf hissi ilə qarşılamışıq. İndi Ağdam rayon İH başçısı tərəfindən məhz Ramiz Mehdiyevin sayəsində Bakıda oturub deputatlıq etmiş Bəxtiyar Əliyev adlı şəxsin yenidən rayona deputat seçdirilməsini Sizin siyasi iradənizin məhsulu olan bu seçki kampaniyasına arxadan vurulan zərbə hesab edirik. 
 Məsələ ondadır ki, seçki kampaniyası başlamamış B.Əliyevin namizədliyimi onun xeyrinə geri götürməyimi diqtə edən çoxsaylı hərəkətləri ilə qarşılaşmışam. Amma Sizin siyasi iradənizə güvənib bu seçkidə namizədliyimi verib mübarizəyə qoşulmuşam. Lakin artıq görürəm ki, Ağdamda hələ də Ramiz Mehdiyevə xidmət göstərərək Sizin siyasi kursunuza xəyanət edənlər vardır. Təsəvvür edin, rayon İH başçısının tapşırığı ilə Azərbaycan Seçki Məcəlləsinin 4 maddəsi kobud surətdə pozularaq Bəxtiyar Əliyevin seçki kampaniyasında rayon İH başçısının 1-ci müavini Allahverən Əliyev inzibati resurslardan gen- bol istifadə etməklə, B.Əliyevin seçki təbliğatına qanunsuz dəstək verimişdir. Və sonradan məlum olmuşdur ki, bütün bunlar Ağdam RİH başçısının birbaşa tapşırığı ilə həyata keçirilmişdir. Mən müstəqil namizəd olaraq bu qanunsuz hərəkətlərlə bağlı Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət vermişəm. Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir. 
 Bu da azmış kimi, mən neçə ay əvvəl rayonun Ergi qəsəbəsinin 32 ildir bərbad vəziyyətdə olan yolunun cari təmiri üçün Mehriban xanım Əliyevanın ad günü şərəfinə iməcilik keçirilməsi təklifi ilə çıxış etmişdim. Avqustun 26- da qəsəbə sakinlərinin kütləvi iştirakçılığı ilə həyata keçirilən bu iməcilik Ağdam RİH başçısının göstərişi ilə pozulmuş, yolun təmiri insafsızcasına yarımçıq saxlanılmışdır. Səbəb bu idi ki, biz gərək videoçəkiliş aparıb bu işlərin rayon rəhbərliyinin təşəbbüsü ilə edildiyini deməliymişik. Lakin sakinlər 32 ildir onların səsinə səs verməyib keçilməz yolun təmirsizliyi ilə onlara əzab verdirən bu rəhbərlərə rədd cavabı vermişdir.

 Cənab Prezident!
 Sabah -1 sentyabr Azərbaycanda növbədənkənar parlament seçkiləridir. Bu dəqiqələrdə mənə seçicilərimdən həyacanlı məlumat daxil oldu ki, Ağdam RİH başçısı Vaqif Həsənovun göstərişi ilə icra nümayəndələrindən, bələdiyyə sədrlərindən külli miqdarda pul toplanaraq Ramiz Mehdiyevin 20 ildir Ağdama deputat təyin etdiyi Bəxtiyar Əliyevin yenidən deputatlığına məsrəf edilsin. Seçicilərim soruşurlar: Ramiz Mehdiyev yenədəmi ölkənin seçki siyasətini müəyyən edir? Etmirsə, onda Ağdam RİH başçısı V.Həsənov nədən Ramiz Mehdiyevə cani-dildən xidmət yolu tutub? Yoxsa, rayon rəhbərliyinin Sizin şəffaf və ədalətli seçki keçirilməsi barədə strateji tapşırıqlarınızdan, COP29 Beynəlxalq siyasi- iqtisadi tədbirin mahiyyətindən xəbəri yoxdur?! Hətta Seçki Qərərgahıma verilən məlumatda konkret olaraq deyilir ki, RİH başçısı təcili iclas keçirib, göstəriş verib ki, nəzarət güclüdür, qutulara əlavə bülleten doldurulmasın, amma qutudan Bəxtiyar Əliyevin qalib çıxması üçün dairədə hər şeyi edin! Bu rəzillikdir, seçicilərin ədalətli seçki inamını məhv etməkdir!

 Cənab Prezident!
 Deputatlığa namizəd olaraq, xahiş edirəm, Ağdamda baş verən bu cür qanunsuz hərəkətlərin qarşısının alınması, günahkarların sərt cəzalandırılması üçün aidiyyəti üzrə tapşırıq verəsiniz!"

993d8840-5792-42b0-b736-4d266b225a8a


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam