Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çovdarovun “boşanma oyunu“... -İndi də bu yolla dövlətə “kəf“ gəlmək istəyir

bitmap-img6

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov 4 il öncə həbsdən buraxılandan dərhal sonra həyat yoldaşı ilə rəsmi şəkildə boşanıb.
Yenixeber.org: Ardından da məhkəməyə artıq keçmiş arvadından - İbadət Çovdarovadan müsadirə edilən əmlakların bir hissəsinin geri qaytarılmasıyla bağlı ərizə daxil olub.
Bu barədə məlumatı Azadlıq Radiosu yayıb.
Həmin məlumata görə, İbadət Çovdarova müsadirə olunmuş əmlaklardan Abşeron rayonunun Mazasır kəndində hektarlarla torpaq sahəsinin və həmin ərazilərdəki tikililərin ona məxsus olduğunu bildirir. Masazırdakı Duz gölünün yaxınlığında yerləşən həmin torpaq sahəsində pomidor yetişdirilirmiş. Bu təsərrüfata anbarlar, ofis təyinatlı inzibati bina, başqa köməkçi tikililər və 3 istixana daxildir.

1477083533_2.png (40 KB)

Qadının geri qaytarılmasını tələb etdiyi daha bir əmlaksa Kürdəmir rayonundakı 69 hektar ərazidə olan göllər, balıqçılıq təsərrüfatı və tikililərdir.
İ.Çovdarova iddia edir ki, bu əmlaklar keçmiş MTN generalı ilə birgə yaşayış dövründə əldə olunsa da, onun özünün və qohumlarının puluyla alınıb. O üzdən, A.Çovdarovun barəsindəki cinayət işi ilə əlaqədar müsadirə edilə bilməz.
Məhkəmədəki mənbənin Azadlıq Radiosuna verdiyi məlumata görə, İ.Çovdarova bu əmlakları geri almaq uğrunda gedən və üç ili aşan mübarizəsini indi də davam etdirir: “İbadət Çovdarova bir sıra əmlak üzərində özünün tam pay hüququnun tanınmasını istəyir. Akif Çovdarov da bu iddiaya etiraz etmir, əksinə, müdafiə edir”.
Sabiq MTN generalının adından çıxış edən nümayəndəsi deyir ki, sözügedən torpaq sahələri və müəssisələr onların birgə vəsaiti hesabına əldə olunmayıb. Onları İbadət Çovdarovanın özü və yaxın qohumları alıb.
Məhkəmələr bu iddiaları əsaslı və inandırıcı saymadığından təmin etmir.

4557_aptz3bcsxi.jpg (49 KB)

Uzun illər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş A.Çovdarovun həbsindən sonra onun özünə və yaxınlarına məxsus 30 milyon manatdan artıq dəyərdə əmlakın üzərinə həbs qoyulmuşdu.
Bakı Hərbi Məhkəməsində hökm çıxarılarkən, Çovdarovun 12 illik həbsinə, əmlakların böyük əksəriyyətinin isə müsadirəsinə qərar verilmişdi.
Əmlaklarla bağlı qərardan Çovdarovun özüylə yanaşı, həyat yoldaşı, övladları da daxil, bir çox qohumları da yuxarı instansiya məhkəməsinə şikayət vermişdi.
Onların şikayəti əsasında müsadirə qərarı ləğv edilib, əmlaklar geri qaytarılsa da, bu dəfə prokurorluq həmin qərardan narazı qalmışdı. Bu üzdən, əmlakların müsadirəsinə dair məsələyə dəfələrlə apellyasiya instansiyasında və Ali Məhkəmədə baxılmış, nəhayət, 9 il sonra – 2024-cü ilin aprelində nöqtə qoyulmuşdu.
Aprelin 17-də Ali Məhkəmə A.Çovdarovun özü və yaxınlarına aid əmlakların müsadirəsi barədə yekun qərarını verib.
"Musavat.com" bununla bağlı qeyd edir ki, bütün həyatı, fəaliyyəti haram əməllər və fırıldaqla keçmiş Akif Çovdarov bu dəfə məhkəməyə və dövlətə "kəf" gəlmək istəyir. Haram, qan-irinlə topladığı sərvətini müsadirədən xilas etmək üçün həyat yoldaşı ilə anlaşmalı boşanıb və ailəcə bir oyun oynayırlar.
Bunun bir faydasının olacağınını zənn etmirik. Lakin Akif Çovdarovun da düzəlib, haqq yola qayıdacağı da mümkün deyil. Bu adam sonuna qədər vərdiş etdiyi həyat tərzini - yalanı, fırıldağı, dolandırıcılığı, qəsbi - davam etdirəcək.
Akif müəllimin bu "işinə" inanclılar "odun tədarükü" deyirlər.
Odunu bol olsun.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam