Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Sabunçuda oliqarx icra nümayəndəsi Fərid Məmmədəliyevin "özfəaliyyəti" -FOTOFAKT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində xüsusi mülkiyyətdə olan obyektin yenidənqurması faktı aşkarlanıb. 

Yenixeber.org: Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

Əslində isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu müstəvidə görəcəyi işlər çoxdur. Hətta o qədər çoxdur ki, nəzəri cəhətdən hətta idarənin əməkdaşlarının sayı yetərli olmaya bilər. Bu işin öhdəsindən gəlmək üçün medianın aşkarladığı faktlara diqqət yetirilməsi gərəkdir. Məsələ burasındadır ki, yerlərdə sözügedən İdarəyə tərəf müqabili kimi çıxış etməli olan digər dövlət orqanları və yerli özünüidarəetmə qurumları (bizim misalda dövlət mülkiyyətində olan torpaqların zəbt edilməsinin qarşısının alınmasına mükəlləf sayılan rayon icra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, torpaq mülkiyyətçisi olan bələdiyyələr, neft çıxarılan ərazilərə nəzarət edən ARDNŞ və s.) nəyinsə qarşılığında neqativ hallara göz yumurlar.

Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar. Onlar qanunsuz tikililərə qarşı mübarizə adı altında hətta bayram günlərində də reydlər edib, neqativ halları aşkarlayırlar. Ancaq bu aşkarlama qanunsuzluğun qarşısının alınması ilə müşayiət olunmur. Belə ki, qəsəbədəki “Bolmart” ticarət mərkəzinin arxasındakı icazəsiz “yenidənqurma” davam etməkdədir.

Redaksiyamıza məlumat verən mənbə onudabildiir ki, həmin ünvanda qanunsuz “yenidənqurma” işini Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin sədri Fərid Məmmədəliyev həyata keçirir. Biz onunla telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. İlk əvvəl, obyektin ona aidiyyəti olduğunu inkar etsə də, sonradan obyektin onun şəxsi əmlakı olduğunu etiraf etdi, gördürdüyü işlərin də qanuni sənədlər əsasında həyata keçirdiyini bildirdi. Təbii ki, bizə icazə sənədi göstərməyə özünü borclu bilmədi. Söhbət o Fərid Məmmədəliyevdən gedir ki, xeyli müddət Bakı ŞİH-nin Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət üzrə kuratoru işləyib və əslən Qubadlı rayonundan olan həmyerlisi Sabunçu RİH-nin başçısı Adil Vəliyevin özbaşına tikilələrdən “şirinlik” toplamaq üzrə “sağ əli” funksiyasını yerinə yetirib. O Fərid Məmmədəliyev ki, əmisi-qaynatası nəhəng bir istehsal müəssisəsinin direktoru kimi böyük nüfuza malikdir, ARDNŞ ərazisində böyük ticarət mərkəzləri, Zabratdan üzü Pirşağıya gedən yolun sağ tərəfində böyük daş bazarı vardır. Beləliklə, keçmiş “xidmətlərinə” görə Adil Vəliyev tərəfindən mükafatlandırılaraq qəsəbə icra nümaəndəsi vəzifəsinə təyin olunan Fərid Məmmədəliyev vaxtilə vəzifə kimi icra etdiyi “qanunsuz tikilələrə qarşı mübarizə” işinə o qədər aludə olub, o işdə o qədər xeyir görüb ki, indi  özü qanunsuz işlərlə məşğuldur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq..

Mövzunu iqqətdə sxlayacağıq.(Deryaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam