Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nizami rayon bələdiyyəsinin sədri ilə Dövlət Xidməti arasında narazılıq -Məhkəməyə üz tutdu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Nizami rayon bələdiyyəsinin sədri Vüqar Quliyev barəsində inzibati iş başlayıb. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, dövlət xidməti bələdiyyə sədrinə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ittiham irəli sürüb və onun cərimələnməsini qərara alıb. 
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Vüqar Quliyevin konkret hansı məbləğdə cərimələnməsi bəlli deyil. Məlum olan odur ki, bələdiyyə sədri dövlət xidmətinin qərarından narazıdır. 
Məlumatda bildirilir ki, Vüqar Quliyev cərimə qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Nigar Qədirlinin icraatındadır.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam