Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib? -İLGİNC

Keçmiş deputat Fərhad Qəribova məxsus "Debüt" Kommersiya Bankı ilə "Elz-Line LTD" MMC arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.
Yenixeber.org: Məlumata görə, bank bu mübahisədən dolayı məhkəməyə müraciət edib. 
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Emin Əliyevin icraatındadır. Aprelin 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 
Fərhad Qəribov üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamanetdə 57 saylı Kürdəmir seçki dairəsini təmsil edib. 
"Debüt" Kommersiya Bankı 30 dekabr 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 923 800 AZN-dir. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. O, həm də Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorudur. 
"Debüt" Kommersiya Bankı hazırda ləğv prosesindədir.
Maraqlıdır ki, bankın məhkəməyə veridiyi "Elz-Line LTD" MMC-nin də təsisçisi Fərhad Qəribovun oğlu Rəşad Qəribovdur. O, indinin özündə də "Elz-Line LTD" MMC-nin qanuni təmsilçisidir. 
Bəzi məlumatlara görə, Fərhad Qəribov deputatlıq karyerasını başa vurduqdan sonra "Debüt" Kommersiya Bankı onun nəzarətindən çıxıb.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam