Etibarlı mənbədən əldə etdiyimiz son məlumata görə, dövlətin milyon yarımdan çox pulunu mənimsəyən, şəhər rəhbəri Zakir Fərəcovun sabiq müavini olan, hal-hazırda isə, İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq. Səs-küylü həmin cinayət işinə görə ki, o, hətta törətdiyi bu cinayət əməlinə görə tutuldu və bir müddət sonra, azadlığa çıxdı.

Yenixeber.org: Onda, Gündüz Əliyevin adı “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə baş verən qanunsuzluqlarda hallanırdı. Bu ciddi məsələ ilə bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə, ibtidai istintaq ötən ilin avqusutunda yekunlaşdı və iş məhkəməyə göndərildi. Cinayət işi materiallarına əsasən, Gündüz Əliyev bacısı Gülnarə Bayramova və Elxan Əsədov vasitəsi ilə, təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Köçürülmüş bu pul vəsaitin 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digər adları keçən cinayətkarlar vasitəsi ilə, nağdlaşdırmaqla mənimsənilib. Bir sözlə, cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin, müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edilərək leqallaşdırılması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında, Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə, həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrlə yekun ittiham elan edilib.

Qeyd edək ki, həmin cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Çox maraqlıdır ki, bu prosesinin çoxdandır keçirilməsinə baxmayaraq, məhkəmə bu səs-küylü cinayət işi ilə bağlı son qərarını verməyib. Bununla bağlı, araz.az-ın əldə etdiyi məlumatlara görə, məhkəmə qəararının verilməsi qəsdən gecikdirilir — son olaraq, Gündüz Əliyevin və cinayətkar dəstəsinin bəraət alması üçün!

Çoxları deyirdi və eləcə də, ölkənin media vasitələri belə yazırdı ki, Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun çox yaxın dairəsində olan birisidir və buna görə də, keçmiş müavininin həbs cəzası almaması üçün, toxunulmaz kimi ad çıxaran başçının özü bu işlə şəxsən məşğul olub.
Guya, Gündüz Əliyevin adı keçən korrupsiya ilə bağlı bu cinayət işi çoxdan bağlanıb və dövlətin milyon yarımdan çox pulunu mənimsəyən Gündüz Əliyev artıq bəraət alıb. Amma heç nə deyilənlər və yazılanlar kimi olmadı. Səksədə olan və bir qrup iş adamının da, Zakir Fərəcov tərəfindən milyonlarla halal pullarının mənimsənilməsində adı keçən və bu pulları ələ keçirməkdə başçının ən yaxın köməkçisi olan Gündüz Əliyev artıq məhkəmə qarşısındadır. Deyəsən, artıq, haqq öz sözünü deyir!