Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

Bir yandan təbrik, digər yandan təhrik -Ermənistanın davranışları sülhə deyil, ədavətə xidmət edir

Azərbaycanla sülh müqaviləsi bağlamaq prosesini ləngidən Ermənistan hakimiyyəti sözdə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı kimi görünsə də, onların addımları bunun əksini göstərir.

Yenixeber.org: Belə ki, ötən günlərdə iqtidaryönlü “Baqramyan 26” teleqram kanalında yayılan məlumata görə, Vyanada anti-Azərbaycan tədbiri keçirilib, ATƏT/DTİHB-nin insan haqları konfransı çərçivəsində “Azərbaycanda dövlət tərəfindən sistemləşdirilmiş ayrı-seçkilik və ermənilərin etnik təmizlənməsi” mövzusunda müzakirə təşkil olunub. Tədbir zamanı “Azərbaycanda ermənifobiya və ksenofobiya” ilə bağlı çoxsaylı faktlar, o cümlədən Prezident İlham Əliyevin Azərbaycanda ermənifobiyanın təbliğində iştirakını təsdiqləyən faktlar təqdim olunub.

Eyni zamanda, ötən günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Şübhəsiz ki, bu, müsbət siqnaldır. Paşinyan Azərbaycana və Ermənistana sülh və firavanlıq arzulayıb. Amma bu prosesdə baş verən hadisələrin məntiqi onu deməyə əsas verir ki, Ermənistanın Baş naziri yaxşı niyyətlə deyil, kənardan təzyiq altında belə bəyanatlar verir, beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirir ki, baxın, mən Azərbaycanla sülh tərəfdarıyam.

Bu arada Paşinyanın çevrəsinə yaxın olan “Baqramyan 26” teleqram kanalı Azərbaycanda guya ermənifobiya olduğunu bildirir. Bu vəziyyətdə Paşinyanın sözləri ilə görünən mənzərə üst-üstə düşmür.

Eyni zamanda, bu nəşrdə “Baqramyan 26” teleqram kanalı “Məlumatlı Vətəndaşlar İttifaqı”nın koordinatoru Daniel İoannisyanın Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və mahiyyəti barədə təhrif olunmuş məlumat verdiyi çıxışına istinad edir. O, “Ermənistanda yaşayan azərbaycanlıların 35 il əvvəl heç bir zorakılıq olmadan ölkəni tərk etdiyini” iddia edir, baxmayaraq ki, əslində bu, ağ yalandır.

Azərbaycanlılar öz doğma yurd-yuvalarından didərgin salınıb və buna kifayət qədər dəlillər var. 1988-ci il fevralın 20-də İrəvanda kütləvi mitinqlər başladı, iştirakçılar “Ermənistan türklərdən təmizlənməlidir”, “Ermənistan ancaq ermənilər üçün” şüarları irəli sürdülər. İkinci gün, fevralın 21-də İrəvanda etirazçılar Dəmirbulaq məscidini, M.F.Axundov adına Azərbaycan orta məktəbini, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bütün rekvizitlərini yandırdılar.

İoannisyan “Azərbaycanda ermənifobiya”ya misal olaraq 2012-ci ildə Ramil Səfərovun əfv olunmasını göstərir. Bəs, Ermənistanın özünün bütün dünyada türk vətəndaşlarını qətlə yetirmiş bir çox erməni əsilli beynəlxalq terrorçulara sığınacaq verməsi necə?!

Və Prezident İlham Əliyevin Azərbaycan ordusunun erməni işğalçılarını it kimi qovacağı ilə bağlı sözlərini təhrif etməyə ehtiyac yoxdur. Burada ermənilər yox, işğalçılar vurğulanır. Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etmək və azərbaycanlılarla bərabər, ölkəmizdə yaşayan digər millətlərin nümayəndələri ilə bərabər hüquqlardan istifadə etmək təklif edilib.

İoannisyanın sözlərinə görə, vətəndaşlığından asılı olmayaraq, Bakı hava limanına erməni soyadlı hər hansı şəxs gələrsə, ona qarşı tədbir görüləcək. Bu münasibətlə, 2022-ci ilin fevralında İlham Əliyev artıq RT telekanalının redaktoru Marqarita Simonyana yetərinə layiqli cavab verib. Azərbaycan Prezidenti bu məlumatın həqiqətə uyğun olmadığını və etnik mənsubiyyətinə görə respublikaya girişə qadağa olmadığını diqqətə çatdırıb.

"Erməni xalqının Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər, Ermənistandan bir komanda iştirak edirdi. Hətta yadımdadır ki, mən şəxsən Ukraynanın bir nümayəndəsinə, milliyyətcə erməniyə gümüş medal təqdim etmişdim, o, fəxri kürsüdə qızıl medal qazanan azərbaycanlı boksçunun yanında dayanmışdı", - deyə ölkə başçısı bildirmişdi.

“Baqramyan 26” teleqram kanalının dərcində ən diqqətçəkən məqam bir vaxtlar Paşinyanın ən yaxın silahdaşı olan “müxalifətçi” Daniel İoannisyanın çıxışına istinad etməsidir. Baxmayaraq ki, İoannisyanı Paşinyana yaxın teleqram kanalı həvəslə dərc edirsə, onun necə “müxalifətçi” olması aydınlaşır...(AYNA)

Asif Aydınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam