Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Kolin İnşaat”-ın rəhbərliyi bədbəxt hadisəni gizlədib –İLGİNC FAKTLAR

“Kolin İnşaat”-ın rəhbərliyi bədbəxt hadisəni gizlədib – Təfərrüfat

Türkiyəli iş adamı Barış Altıparmak növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib.

Yenixeber.org: İş adamı bu dəfə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə ittiham edilib.

Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Barış Altıparmak “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir.

İş adamına qarşı ittihamdan belə başa düşülür ki, onun rəhbərlik etdiyi şirkətdə bədbəxt hadisə baş verib. Barış Altıparmak isə faktı gizlədib.

Bununla belə, iş adamı dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Dövlət Əmək Müfəttişliyi Xidməti bundan əvvəl Barış Altıparmakı İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci (İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi) maddəsi ilə cərimələnmişdi.

İş adamı bu qərara da etiraz edərək məhkəməyə müraciət etmişdi.

Bu işin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.(valyuta.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam