Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

60 nəfər "A+CO"da yoxlama apardı, 48 milyonluq "qara mühasibatlıq" aşkarlandı -Hakim borcu sildi

     60 nəfər "A+CO"da yoxlama apardı, 48 milyonluq "qara mühasibatlıq" aşkarlandı - Hakim borcu sildi
Xırdalanda fəaliyyət göstərən şərab zavodu "A+CO" Açıq Səhimdar Cəmiyyətinin (ASC) ümumi məbləği 48 milyon manat olan vergi borcu ilə bağlı məhkəmə qərar verib.
Yenixeber.org: Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ASC-nin baş ofisində aparılan yoxlama zamanı müəssisənin fəaliyyətində "qara mühasibatlıq" aşkarlanıb. İdarənin 60 nəfərlik heyətlə apardığı əməliyyat tədbirləri zamanı ASC-də istismar olunan kompyuterlərdən 40,7 GB həcmində bir ədəd elektron yaddaş qurğusunda olan elektron fayllarda 2019, 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar və əmək haqqı barədə informasiyalar götürülüb. Nəticədə ASC-nin baş mühasibi Həsənzadə (Şahbazlı) Nataşa Telman qızı tərəfindən vergidən yayınma sxemi qurulması aşkarlanıb.

Buna uyğun olaraq idarə tərəfindən "A+CO" ASC-yə ümumilikdə 31.240.810,41 manat vergi və 15.683.801,20 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanıb.
Məhkəmədə "A+CO" ASC-nin nümayəndəsi idarə tərəfindən şirkətə tətbiq edilən vergi borcunun əsassız olduğu bildirib. Bildirib ki, vergi orqanı tərəfindən tətbiq olunan borc ASC-nin fəaliyyətini iflic edəcək və fəaliyyətinin tamamilə dayandırılmasına səbəb olacaq. Bu isə ASC-də çalışan 798 nəfərin öz iş yerlərini itirməsinə gətirib çıxaracaq.

Dövlət Vergi Xidmətinin nümayəndələri isə "A+CO" ASC-nin vergi borcunun silinməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ASC-yə hesabladığı vergi borcu barədə qərarı ləğv edib. Yalnız maliyyə sanksiyası hissəsindən 8552,31 manatın ASC tərəfindən Dövlət Vergi Xidmətinə ödənilməsinə qərarı verilib.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytında VÖEN üzrə sorğu verdikdə "A+CO" ASC-nin 48.362.968,02 AZN borcu olduğu üzə çıxır.

Onu da bildirək ki, bir neçə ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "A+CO" ASC-də (Xırdalan Şərab Zavodu) keçirilən yoxlama zamanı pozuntular aşkarlanıb. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2019-cu ilin noyabr ayında "A+Co" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib. "A+Co" MMC 22 dekabr 1997-ci ildə təsis olunub. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev, ev 121-dir. Şirkət şərab, konyak, digər alkoqollu və alkoqolsuz içkilər istehsal edir.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam