Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir –TƏFƏRRÜAT
Yenixeber.org: Yəqin ki, tam əksəriyyət ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, Harvard Universitetində ali təhsil alıb, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuran, Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçən İsayev Ramin Əli oğlunun həbs olunması ilə bağlı müəyyən məlumatlara malikdir.
Unutmaq olmaz ki, Ramin İsayev heç də sıradan bir şəxs deyil və onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Artıq yeddinci aydır ki, bu şəxs qanunsuz olaraq həbsdə saxlanır və barəsində qaldırılan cinayət işi ilə bağlı irəli sürülən itihamlar öz təsdiqini tapmır. Hətta, Ramin İsayev günahsız olduğunu faktlarla, əsaslı sübutlarla ortaya qoymağa da çalışır. Qeyd edək ki, bu şəxs neft sənayesi üzrə peşəkar mütəxəssisdir və əgər bu şəxsin potensialından lazımi səviyyədə istifadə olunarsa, o halda dövlətimiz və xalqımız onun bilik və bacarığından daha çox faydalana bilər. Çünki, Ramin İsayev xalqını sevən, dövlətinə bağlı olan bir şəxsdir. Onu da qeyd edək ki, SOCAR AQŞ-nin sabiq baş direktorunun həbsdə saxlanması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, bütövlükdə dövlətimizin və xalqımızın maraqlarına vurulan zərbədən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, bu şəxsin həbs olunması ilə bağlı sifarişi verən maraqlı qüvvələr, hələ də onun həbsdə saxlanması üçün “dəridən-qabıqdan” çıxmaqda davam edirlər. İnanırıq ki, gün gələcək, haqq-ədalət öz yerini tapacaq və o halda bu şəxsin günahsız olduğu sübuta yetiriləcək. İndi isə, bu şəxsin tərcümeyi-halı, həyat və fəaliyyəti və s. haqda məlumatları geniş ictimaiyyətin diqqətinə təqdim edirik:
Isayev Ramin Əli oğlu 1972-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndində anadan olmuş, 1989-cu ildə ölkəmizdə keçirilən fizika fənni üzrə olimpiadanın qalibi olmuş, Bakı Dövlət Universitetinin fizika fakültəsinə imtahansız qəbul olmuş və həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuş, aspiranturada təhsil almış, 1996-1998-ci illərdə Praqa İqtisadi Tədqiqatlar və Doktoral Təhsil Mərkəzində çalışmış, 2000-2001-ci illərdə Harvard Universitetində İctimai idarəetmə ixtisası üzrə magistr təhsili almış, 2016-2018-ci illərdə Massaçusetts Texnologiya İnstitutunda (MİT) biznes, texnologiya magistri dərəcəsini əldə etməyə nail olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində mühazirələr oxumuş, bir neçə dərsliyin müəllifi olmuş, minlərlə tələbənin Azərbaycanda və xarici ölkələrdə mütəxəssis kimi hazırlanmasında yaxından iştirak etmişdir. Ramin İsayev Norveçdə Statoil şirkətində Birinci vitse-prezidentin müavini, 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə ARDNŞ Bakı Neft Emalı zavodunda Baş direktorun müavini vəzifəsinə təyin olunmuş, sonralar isə Britaniya-Almaniya birgə şirkəti olan “KCADEUTAG” şirkətinin Xəzər regionu üzrə meneceri, 2008-ci ildən 2020-ci ilədək "SOCAR-AQŞ" MMC-nin Baş direktoru, 2021-2022-ci illərdə Dövlət Vergi Xidməti rəisinin müşaviri vəzifələrində işləmişdir.
Ramin İsayev neft-qaz sənayesinin hər bir sektoru üzrə dünya səviyyəsində hazırlıq keçmiş yeganə azərbaycanlıdır. Ölkəmizdə neft və qaz istehsalını stabilləşdirmək və artırmaq sahəsində onun konkret təklifləri var. Bunun üçün MİT alimi Cey Forresterin əsasını qoyduğu Work Design-problem həlletmə üsulu tətbiq ediləcək.
Ramin İsayev 2001-ci ildə Norveçin dövlət neft şirkəti Statoil (indiki Equinor) şirkəti üçün Dayanıqlı İnkişaf hesabatını hazırlayıb və CAR-da, Yohannesburqda keçirilən Yer Sammitində təqdim edib. Ramin İsayev Dayanıqlı İnkişafın nəzəri əsaslarını bizneslər üçün hazırlamış şəxslərdən biridir. Bu mənada, o, Dayanıqlı İnkişaf və İnkişafın nəzəriyyəsi və tətbiqi sahəsində ölkədə və beynəlxalq aləmdə faydalı çox işlər görə bilər. Azərbaycan COP-29 tədbirinə 2024-cü ildə ev sahibliyi edəcək və Ramin İsayev bu Sammitin uğurları üçün çox işlər görə bilər. Belə ki, Ramin İsayev ölkədə ilk şirkət rəhbəri olub ki, rəhbərlik etdiyi şirkət həm BMT Qlobal Sazişinin Lider Şirkəti elan edib (2019-cu ildə BMT Baş Qərargahında), həm də WBCSD (Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının) üzvü seçilmişdir. WBCSD üzvləri Microsoft, Amazon, Apple, BP və sair Fortune-500 şirkətləridir.
4.Ramin İsayev Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçmişdir (dünyaca məhşur alim Con Stermanın yanında). Yaşıl Enerjinin həm fizikasını, həm texnologiyasını, həm də iqtisadiyyatını mükəmməl araşdıran mütəxəssislərdəndir. Ramin İsayev məhşur fizik İoffe və Smil ilə birlikdə iki kitab üzrə işləyib: 1) Enerjinin Fizikası; 2) Enerjinin İqtisadiyyatı. Ramin İsayev bərpa olunan enerji sahəsində və hidrogen iqtisadiyyatı sahəsində dünyanın ən qabaqcıl tədqiqatlarını Azərbaycana cəlb edə bilər. Elmi - tədqiqat potensialı isə həm biznesin, həm də ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir.
5. Ramin İsayev Yarımkeçiricilər və Süni Zəka sahəsində də xüsusi hazırlığa malikdir və dünyanın ən öncül mərkəzləri ilə sıx əlaqələrə malikdir. Bu olduqca vacib sahələrin Azərbaycanda yaradılmasında ciddi rol oynaya bilər. Yarımkeçiricilər neft və qaz qədər gəlirli bir sahədir. Azərbaycan 1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi zəhməti sayəsində, yarımkeçiricilər sahəsində dünyada iki əsas mərkəzdən birinə çevrilmişdi. Digər mərkəz isə, indi dünyaca məşhur olan Silikon Vadisidir (ABŞ, Kaliforniya Ştatı). Süni zəka isə mühüm gələcək dövr texnologiyasıdır. V.Putin deyib: “Süni zəka sahəsində öndə olan dövlət gələcəkdə dünyada əsas söz sahibi olacaq”. Azərbaycan bu sahədə özünün layiqli öncül yerini tuta bilər. Ramin İsayev MİT, Harvard, Stanford kimi universitetlərlə sıx əlaqələrindən istifadə etməklə, Azərbaycana yeni sərmayələr və mütəxəssislər cəlb edə bilər. Ramin İasyev MİT məzunu, TSMC (Taiwan Semiconductor Manufacturing Company) Prezidenti Morris Chang ilə şəxsən tanış və dostdur. Ramin İsayev əsasən ən qabaqcıl texnologiyalar sahəsində tədqiqat, təhsil və istehsal işləri qurmaq sahəsində dünya səviyyəli bir mütəxəssisdir.(Gundemxeber)
Araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.