Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sədərək Yusif”in arvadı və oğlu məhkəməyə məcbur gətiriləcək –QƏRAR

Sədərək Yusif”in arvadı və oğlu məhkəməyə məcbur gətiriləcək –

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib. Müdafiəçi zərərçəkmişlər Orxan Qədimbəyli və anası Fəridə Qədimbəylinin məhkəməyə məcbur gətirilməsini istəyib.

Qeyd olunub k, Ruzan Cabbarova zərərçəkmiş şəxslərin evində xadiməçi işləyib.

İttihama görə, cinayət hadisəsi də həmin dövrdə baş verib. Təqsirləndirilən şəxs bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar da daxildir.

Lakin Ruzan Cabbarova özünü qismən təqsirli bilib. O deyib ki, oğurladıqlarını geri qaytarıb. Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanının məbləğini çox şişiritdikləri də iddia edilir.

Müdafiə tərəfi dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb ediblər. Təqsirləndirilən şəxs və onun vəkili vəsatətlərini belə əsaslandırıblar ki, qaranlıq qalan məsələlərə zərərçəkmiş şəxslər aydınlıq gətirməlidirlər. Artıq 1 ildir məhkəmə istintaqı davam edir. Lakin bu günə qədər zərərçəkmiş şəxslər proseslərdə iştirak etməyiblər.

İlk iclasdan onları nümayəndələri təmil edir. Hakim heyəti bu dəfə zərərçəkmişlər - Orxan Qədimbəyli və anası Fəridə Qədimbəyovanın məhkəməyə məcburi gətirilməsi barədə qərarı çıxarıb. Qərarın icrası polisə həvalə edilib.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Orxan Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqislri bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.(Teleqraf)

Hacı Zeynalov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam