Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tarixi paralellər:22 iyun 1941-ci ili xatırlayarkən…

Ölkəni nə günə salmaq lazım idi ki, faşizmi məğlub edən dövlətdən işğalçı dövlətə çevrilsin

Yenixeber.org: Bu gün SSRİ-nin Almaniya və onun avropalı müttəfiqlərinə qarşı müharibəsinin başlamasından 82 il ötür. Bu, faşist Almaniyası qoşunlarının və onların müttəfiqlərinin dünya tarixində Sovet ərazisinə ən böyük quru yürüşü ilə başlayıb və sonda Mərkəzi və Şərqi Avropa ölkələrinin alman işğalından azad edilməsi ilə başa çatıb. Ölçüsü baxımından bu, dünya tarixində ən böyük və ən qanlı silahlı münaqişə idi.

Nasist Almaniyasının hərbi-siyasi rəhbərliyi ildırımsürətli müharibə strategiyasına ("blitskrieg") arxalanaraq, Sovet İttifaqına qarşı "Barbarossa Planı" kod adını alan təcavüz planı hazırladı. SSRİ-yə qarşı müharibədə məqsəd Sovet dövlətini ləğv etmək, onun sərvətlərinə sahib çıxmaq və ölkənin Urala qədər ərazisini “almanlaşdırmaq” idi.

Nə heyrətamiz hekayədir! Bu gün 82 il əvvəlki hadisələri dəyərləndirərkən hər şeyin necə dəyişdiyinə çox təəccüblənirsiniz. Rusiya faşist Almaniyasının hərəkətlərini az qala birə-bir kopyalayır. Avropanın tam mərkəzində cari əsrdə ən böyük genişmiqyaslı müharibəni məhz Rusiya apardı.

O, həmçinin ildırımsürətli uğuruna inanırdı. Marqo Simonyanın və Kremlin digər təbliğat xidmətçilərinin ağzından səslənən “Kiyevi üç günə ələ keçirəcəyik” deyən bütün bu öyünən vədlər Rusiya Federasiyası hərbi-siyasi rəhbərliyinin vəziyyətin bu cür inkişafına möhkəm inamının təzahürü idi. Onlar buna inanırdılar, çünki Ukrayna daxilində uzunmüddətli və bol maliyyələşən “beşinci kolon”a da ümid edirdilər.

Üstəlik, düşmənin hərbi imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi, ukraynalıların işğalçıları duz-çörəklə qarşılamağa hazır olması barədə yanlış fikir, habelə onların hərbi qüdrətinin yüksək qiymətləndirilməsi var idi ki, bu da sonda kifayət qədər zəiflik olduğu ortaya çıxdı. Nəticədə, Rusiya Federasiyasında hələ də “xüsusi hərbi əməliyyat” adlandırılan müharibənin bütün əsas məqsədləri yerinə yetirilməyib.

Sovet dövründə olduğu kimi, bu dövrdə də çoxlu sayda məhbus müharibəyə göndərilmişdi. Onlardan o vaxt da, indi də “günahlarını qanla yumaq” tələb olunurdu. Yeganə fərq ondadır ki, sovet dövründə bu məsələ ilə bağlı siyasi məmurlar gündəmə gəlirdi, indi isə onları “Vaqner” özəl hərbi təşkilatının yaradıcısı Yevgeni Priqojin əvəz edir. O, yeri gəlmişkən, cəbhədəki vəziyyətlə bağlı isteriyadadır.

Onun sözlərinə görə, Pyatixatki, Rabotinonun şimal hissəsi, Urojaynaya Ukrayna ordusunun nəzarəti altındadır. “Ukrayna Silahlı Qüvvələri Moloçnıy Limana doğru irəliləyir, əgər məqsədə çatsalar, o zaman Ukrayna Rusiya Federasiyasının ələ keçirdiyi ərazilərin çoxunu geri qaytara biləcək. Ukraynalılar artıq Dneprdən keçirlər və Qolıy Pristanda ilk təxribat və kəşfiyyat qrupları peyda olmağa başlayıb”, - deyə Priqojin bildirib.

Və əmin edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Rusiyaya ciddi problemlər və itkilər gətirir: “Hansı ki, Rusiya xalqı bundan xəbərsizdir. Bədbəxtlik gələndə, təkrar edirəm, biz ordusuz və Rusiyasız qala bilərik”.

Bu da Ukraynanın "denazifikasiyası" və “demilitarizasiyası” naminə Rusiya Federasiyasında hədə-qorxu ilə elan edilmiş Ukraynaya tammiqyaslı hərbi müdaxilə. Demilitarizasiya edilən məhz rus ordusudur. Artıq 220 mindən çox rus işğalçısı məhv edilib. Bu, nəhəng rəqəmdir. Yaralılar və əsirlərlə birlikdə bu rəqəm bir milyona yaxındır! Bundan əlavə, 4000-dən çox Rusiya tankı, həmçinin 314 təyyarə və 306 helikopter məhv edildi. Üstəlik, onu da unutmayaq ki, “Moskva” kreyseri məhv edildikdən sonra Rusiyanın Qara dəniz donanması balaca flotiliyaya çevrildi.

Bəli, Rusiya hərbi-sənaye kompleksi ordunu ayaqda tutmaqda çətinlik çəkir. Lakin onun imkanları və texnologiyaları kəskin şəkildə çatışmır. Halbuki Ukraynanın müttəfiqləri bacardıqları qədər tez olmasa da, onu ən müxtəlif müasir və çox da olmayan silahların nümunələri ilə təmin edirlər.

Hələ ki, Ukrayna Rusiyaya “göy”ü uduzur. Ümumilikdə o, NATO-dakı tərəfdaşlarından və Avropadakı digər müttəfiq ölkələrdən 45 “Su-25” və “MiQ-29” alıb. Amma problemin əsl həlli Ukraynaya Amerikanın “F-16”-ları verməsi olardı. Onlar sovet "yaşıdları"ndan daha müasir texnologiyaya malikdir və döyüş tapşırıqlarını effektiv yerinə yetirə bilir.

Amma vəziyyət tədricən dəyişir. Artıq Latviyanın Baş naziri Krisjanis Karins, Riqanın rusların apardığı işğalçı müharibəyə qarşı çıxmaq üçün Ukraynaya bütün helikopter parkını verəcəyini bildirib: "Bizim helikopter parkımız var, bütün bu helikopterləri - sonuncular indi istifadəyə yararlı və yaxşı görünmək üçün yenidən rənglənir - biz Ukraynaya göndərəcəyik".

Tezliklə Ukraynada Amerikanın “F-16”-ları və bəlkə də, “F-18”-ləri olacaq. Eyni zamanda, Rusiyanın bu müharibədə uduzacağı artıq göz qabağındadır. Sadəcə olaraq, onun Ukraynaya və onun müttəfiqlərinə uzun müddət müqavimət göstərmək imkanı, maliyyə və hərbi gücü yoxdur. Bunların arasında burada başqa bir paradoks var - İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasına qarşı çıxan ABŞ və Böyük Britaniya indi Ukraynanın müttəfiqləridir.

Və daha bir tarixi absurd budur ki, Almaniya Ukraynanın müttəfiqidir, ona öz tanklarını, zirehli transportyorlarını və daha çoxunu göndərir. Gör ölkəni necə idarə etmək lazım idi ki, faşizmi məğlub edən SSRİ-nin varisi olan dövlətdən işğalçı adlanan ölkəyə çevrilsin. Tarixin qəribəliyi belədir.

Bu hadisənin ədalətli finalı Nezalejnosti Maydanında keçiriləcək Qələbə Paradı olardı. Hansında ki, məğlub olan Rusiya ordusunun bayraqları və hərbi atributları bütün dünyaya nümayiş etdiriləcək...(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam