Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

PAŞİNYAN NİYƏ TİFLİSİ QOYUB PARİSDƏN YAPIŞIB? –“Bunun iki səbəbi var”

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu bölgədə münaqişələrin sülh imkanlarını dəyərləndirərəkən bildirib.

“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir. İlham Əliyev Qaribaşvilinin bu təklifə müsbət yanaşır və liderlərin Tiflisdə görüşməsinə tərəfdardır. Qaribaşvili bu təklifi Paşinyana da bildirib”, - təhlilçi əlavə edib.

Nikol Paşinyan Gürcüstanda görüş təklifinə niyə müsbət cavab vermir? 

E.Şahinoğlu deyir ki, Paşinyan bölgəyə dəxli olmayan Fransanın vasitəçi olmasını istəyir. Bölgə ölkəsi, o cümlədən Azərbaycan və Ermənistanla tərəfdaşlıq münasibəti olan Gürcüstanın vasitəçiliyini isə qəbul etmir: “Bunun iki səbəbi var. Birincisi, Gürcüstan da Azərbaycan kimi münaqişələrin həllinə ərazi bütövlüyü prinsipindən yanaşır, çünki özünün oxşar problemi mövcuddur.

İkincisi, Gürcüstanla Azərbaycanı gəlir gətirən müxtəlif regional layihələr birləşdirir, Ermənistanla isə ortaq layihəsi yoxdur. Belə olan halda Paşinyan düşünür ki, o Gürcüstanın vasitəçiliyinə razılaşsa, Tiflis istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Ancaq Paşinyan sülhdən danışırsa, bunun yollarından biri ümumi Cənubi Qafqaz evinin yaradılmasından keçir, yox əgər erməni separatçılığına dəstək davam edəcəksə, nə ümumi ev olacaq, nə də Ermənistanı rahat həyat gözləyəcək”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam