Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Putinin yerində olsaydınız, ABŞ-ın Kabildəki çöküş günündə hücuma keçmək qərarı verməzdinizmi?”

Yenixeber.org: Ukraynanın “Glavred.info” portalının “Zəilik qoxusu: Putinin başlıca səhvi nədir?” başlılqlı məqaləsində sözügedən məsələyə toxunulur.

Həmin yazının tərcüməsini təqdim edirik: ”ABŞ Konqresi qarşısında çıxış edən zaman Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya Müharibəsinin başlanğıcında Fransanın məğlubiyyətindən sonra Birləşmiş Ştatların neytral qaldığı və Sovet İttifaqının özünün Berlindəki müttəfiqini dəstəkləməyə hazır vəziyyətdə durduğu bir vaxtda praktik olaraq nasist Almaniyası ilə təklikdə mübarizə aparan və Hitlerə təslim olmayacağına söz verən Uinston Çörçildən sitatlar gətirib. Həmin ağır günlərdə Çörçil hətta parlamentdə bəyan etmişdi ki, bu müqavimət Britaniya üçün ən yaxşı dönəmlərdir.

Amma bu “yaxşı dönəm” Çörçilin sələfi Nevil Çemberlenin səhvi ucbatından baş vermişdi. Baxmayaraq ki, istedadlı siyasətçi və dürüst insan olan Nevil Çemberlenin tərəfdarları iddia edirlər ki, Münhen sazişi Britaniyaya müharibəyə daha yaxşı hazırlaşmaq üçün imkan vermişdi. Heç şübhəsiz ki, bu tezisin sübuta yetirilməsi üçün çoxsaylı rəqəmlər və faktlar gətirmək olar. Amma məsələ ondadır ki, rəqəmlər və faktlar Britaniya Baş nazirinin tutduğu mövqenin “zəiflik qoxusunu” vermir. Nə vaxt ki, yırtıcı heyvan bu cür iyi hiss edir, mütləq hücuma keçir. Elə məhz Münhendə bağlanan müqavilə İkinci Dünya Müharibəsini praktik qaçılmaz etmişdi. Çünki əgər Böyük Britaniya və Fransa Çexoslovakiyanın parçalanmasına razı olmasaydı, böyük müharibə olmaya bilərdi.

Sovet və Rusiya rəhbərləri zəifliyin iyini heç də Hitlerdən pis hiss etmirlər. Vaxtilə Barak Obama Bəşər Əsəd rejiminə qarşı qətiyyətli fəaliyyət göstərmək və Suriyada uçuşa yasaq zona müəyyənləşdirmək əvəzinə Putinlə vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılığa gəlməyi üstün tutdu və nəticədə o, nəinki Suriyanın məhv edilməsi və Avropada böyük miqrant böhranı mexanizmini işə saldı, həm də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının yolunu açdı. Obama Putinin 2014-cü ildə Ukraynaya ilk təcavüzünü mümkün etdi.

Putin görəndə ki, Obama Əsəd üçün kimyəvi silahdan istifadəni “qırmızı xətt” elan etsə də, onun istifadəsindən sonra heç nə etmir, o zaman tam əmin oldu ki, Amerika Prezidenti zəifdir və Ukrayna ərazisinin ilhaq və işğal edilməsi zamanı da heç nə etməyəcək.

Bəs Putin səhvmi edib? Obamanın telefon zəngləri onu nə qədər qorxudub? Və ya “sanksiyaların kumulyativ effekti” barəsindəki bəyanatlar onu qorxudubmu?

Sanksiyaların “kumulyativ effektini” görənə kimi biz artıq Obamanı unudacağıq. Obama dövründə Putinin ikinci dəfə Ukraynaya soxulmasında rol oynayan daha bir tarixi qərar verilmişdi. Bu, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasıdır. Düzdür, Obamanın özü bu qərardan heç də məmnun olmasa da, onun vitse-prezidenti Cozef Bayden sözügedən qərarın tam tərəfdarlarından olub. Maraqlıdır ki, bu məsələdə Bayden ilə Obamanın xələfi Donald Trampın mövqeləri üst-üstə düşürdü.

Beləliklə, ABŞ-ın üç administrasiyası ardıcıl şəkildə son on illiyin xarici siyasətində ən böyük uğursuzluğa yol veriblər. Özünüzü bu cür zəiflik iyini hiss edən Putinin yerinə qoyun. Əgər Amerika “Taliban” qarşısında faktiki kapitulyasiya edərək Əfqanıstan hökumətini taleyin hökmünə buraxırısa, onda ABŞ öz keçmiş əyalətində “qayda-qanun yaratmaq” istəyən Rusiyaya qarşı duracaqmı? Əgər siz Putinin yerində olsaydınız, Amerikanın Kabildəki çöküş günündə hücuma keçməyə qərar verməzdinizmi?

Zəiflik qoxusu feromonlar (daxili sekresiya vəzisinin məhsulu) kimidir. O, diktatorları məst edir, onlarını ağlını alır. Zəiflik qoxusu beyni söndürür və yırtıcının instinktini işə salır. Kabilin çökməsindən sonra Ukraynaya hücum edilməsi faktiki olaraq qaçılmaz idi. Putinin düşüncəsinə görə, Kiyevin çökməsi mütləq görünürdü, həm də Ukrayna hakimiyyəti həmişə danışıqların mümkünlüyünü vurğulayırdı, hansı ki, Kreml rəhbəri əslində hər hansı danışığa çoxdandır ki, ikrah hissi ilə yanaşırdı.

Əlbəttə, Putin Ukrayna və Qərblə bağlı hesablarında yanılıb. Hitler də əvvəl Böyük Britaniya, sonra isə SSRİ ilə bağlı məsələdə yanılmışdı. Əslində, problem heç də səhv hesablamada deyil. Qarşısındakının zəiflik hissindən sərxoş olmuş diktator həmişə səhv qərarlar verir ki, bu da onun özünü və dövlətini gec və ya tez uçuruma sürükləyir.

Problem bizim ödəyəcəyimiz hesabdadır. Nə qədər insan həyatı məhv olub, şəhərlər dağılıb, talelər məhv edilib. Problem ondadır ki, biz yaşanmış zəifliklər və mövcud olmayan kompromis axtarışlarından sonra müqavimət göstəririk. Biz ya qalib gəlməliyik, ya da yox olmalıyıq...

Çörçil deyirdi: “Düşmənin bütün qəzəbi və gücü bizim üzərimizə gələcək... Əgər biz ona qarşı duruş gətirə bilsək, bütün Avropa azad olacaq və həyat günəş şəfəqləri ilə irəliyə doğru gedəcək. Yox, əgər biz, ABŞ və hamı daxil olmaqla uğursuzluğa düçar olsaq, can atdığımız hər şeylə uçuruma yuvarlanacağıq”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam