Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

AMEA sabiq prezidentinin kitabını çap etdirib sonra tender keçirir? -Fotofakt


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Tenderin qalibi olan “Apostrof-A” MMC (VÖEN - 3102733781) Geologiya və Geofizika İnstitutunun sifarişi əsasında İnstitutun Baş direktoru, AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan Elmi: Gələcəyə Baxış” adlı kitabının 1-ci cildinin nəşrini həyata keçirəcək.

Açıqlanan rəsmi məlumatda bildirilir ki, ümumi sayı 150 ədəd olan kitabı “Apostrof-A” MMC 14-31 dekabr 2022-ci il tarixlərində çap edəcək və bu iş üçün 4 min 500 manat alacaq. Bir ədəd kitabın çapı 30 manata başa gələcək.
Qeyd edək ki, “Apostrof-A” MMC 18.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan ŞTQ, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Akif Dənziyev Möhtəmən oğludur.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqam isə odur ki, bu ilin iyul ayının 8-də AMEA-nın rəsmi saytında və “Azərtac”da yayılan məlumatda akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının 1-ci cildinin çapdan çıxdığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutundan münasibət almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam