Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

7 il fərqlə iki foto:Nələr dəyişdi?

Bu fotolardan biri 2015-ci ildə Türkiyədə, digəri isə bu gün - dekabrın 14-də Türkmənistanda çəkilib.

Yenixeber.org: Bu barədə politoloq Elxan Şükürlü qeyd edib.

Politoloq bildirib ki, ötən 7 ildə bu fotodakı 4 şəxslə bağlı çox önəmli hadisələr baş verib:

“Prezident Əliyev artıq 44 günlük Qarabağ savaşını qalibiyyətlə bitirən komandan statusundadır; 2015-ci ildə şahzadə olan III Çarlz 2022-ci ilin sentyabrından Böyük Britaniyanın yeni Kralıdır; 2016-cı ildə amerikalıların devirməyə çalışdıqları Ərdoğan indi Rusiya-Qərb münasibətlərini tənzimləyən əsas siyasi fiqurdur və 2023-cü ildə yenidən prezident seçilməyə hazırlaşır; ata Berdiməhəmmədovun postundasa hələ çox gənc oğlu əyləşsə də, qərarların qəbulunda söz sahibi, "kölgədəki lider" özüdür.

Bir də ortada 4 ölkəni bir-birinə sıx bağlayacaq dəyişməyən bir strategiya, hər il irəliləyən plan var: Türkmənistanın zəngin enerji ehtiyatlarını Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya çatdırmaq! Üstəlik, sanksiyalarla çökdürülən Rusiya da öz enerji ehtiyatlarını getdikcə daha sıx münasibətlər qurduğu Türkiyə üzərindən Avropa bazarına çıxarmaqda maraqlıdır. Bundan əlavə, Ukrayna böhranı onu Türkiyə-Azərbaycan ittifaqı ilə daha da yaxınlaşmağa sövq edəcək. Bu isə Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Çinin “Bir Kəmər-Bir Yol” layihəsində əsas yer tutan Zəngəzur dəhlizi tezliklə açılacağı anlamına gəlir.

Müqavimətdə israr, sülhdən imtina Ermənistanın başının yenidən əzilməsiylə nəticələnər!”



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam