Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

KTMT sərhədimizə qüvvə yeritsə, nə olacaq?

Biz KTMT-nin adını və rolunu həddindən artıq şişirdirik. Bu, formal qurumdur.

Yenixeber.org: Bu sözləri hərbi eksper Üzeyir Cəfərov KTMT-nin Ermənistana yardım məqsədilə Azərbaycanla sərhədə missiya göndərməyə hazır olması barədə Baş katib Stanislav Zasın açıqlamasını şərh edərkən deyib.

“Azərbaycanla sərhəddə nə edəcəklər? Azərbaycanın üzərinə Qazaxıstan, Qırğızıstan, Belarus ordusu gələcək?

O ki qaldı KTMT-nin görəcəyi kompleks tədbirlərə, hansı tədbirdən söhbət gedir? Stanislav Zas başda olmaqla, missiya gəldi və müşahidə apardı. Hansı nəticəyə gəldiklərini KTMT-nin İrəvanda keçirilən sammitində gördük. Ona görə də narahat olmağa dəyməz. 2023-cü ildə Ukraynanın Rusiyaya ağır zərbələrindən sonra heç Rusiyanın heyi qalmayacaq ki, o təşkilatı ayaq üstə saxlasın. Bu təşkilat iki dövlətdən, Rusiya və Belarusdan ibarətdir. Yerdə qalanlar da ona sadəcə olaraq görüntü yaratmaq üçün var. Mən KTMT ilə bağlı zərrə qədər də narahatlıq görmürəm. KTMT hətta bizim bir ordu korpusunun qarşısında tab gətirə bilməz.

Sərhədə AB missiyası gəlib nə etdi ki, KTMT gəlib nə edə?” - Ü.Cəfərov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam