Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanda "Youtube" kanalları bir-birini belə "vurur" - ARAŞDIRMA

 

Azərbaycanda sosial şəbəkələr ənənəvi medianın əhəmiyyətini getdikcə azaltmaqdadır. Bir müddət öncə ölkəmizdə yaranan onlarla “Youtube” kanal özlərinə böyük izləyici ordusu yarada bilib. Bu kanallarda ölkənin əsasən sosial, ictimai-siyasi mövzuları gündəmə çıxarılır. Onlar təkcə geniş izləyici kütləsi qazanmır, həm də reklamlardan pul qazanırlar. Ancaq bir müddətdir Azərbaycanda fəaliyyət göstərən “Youtube” kanalların bir neçəsinin izləyicisi hiss olunacaq dərəcədə aşağı düşüb.Halbuki bu gün baxış sayı aşağı düşən həmin kanallar bir müddət əvvəl ölkədə ən baxımlı sosial platformalar sırasında ilk yerləri tutmuşdu.  

Yenixeber.org: Bəs bunun səbəbləri nə ola bilər? Nə üçün ölkədəki Yutub kanalların bir hissəsi sürətlə böyüyür, bir hissəsi isə özünün auditoriyasını itirir?

Məsələ ilə bağlı Azsiyaset.com qısa araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, maraqlı detallar üzə çıxıb.

Birincisi, bu, “Youtube”un Azərbaycanda fəaliyyət göstərən partnyor şirkətləri arasında rəqabətin nəticəsi ola bilər. Məsələn, bir partnyor şirkət digər partnyor şirkətlə işləyən yerli kanallardan şikayətlər yazır və nəticədə belə bir hal yaşanır. Məqsəd “vurulan” kanalları rəqib şirkətin əlindən alaraq özü ilə əməkdaşlığa cəlb etməkdir. Ölkədəki internet kanalların 70-80 faizi “Youtube”un Azərbaycandakı reklam partnyorlarından olan WediaCorp şirkəti ilə əməkdaşlıq edir. Yerdə qalan 20-30 faiz isə digər partnyor şirkətlərlə.

İkincisi, yerli “Youtube” kanallar öz rəqiblərini sıradan çıxarmaq üçün partnyor şirkətlərlə separat danışığa gedərək onların “vurulmasını” təşkil edirlər.

Bununla bağlı saytın redaksiyasına olduqca maraqlı və faktlarla zəngin məlumatlar daxil olub.

Azərbaycanda hansı “Youtube” kanal digər kanalları niyə vurur? Auditoriyası aşağı düşən kanallar bu hücumların qarşısını niyə ala bilmir? Bu sahədəki boşluqlar nədir?

Bütün bu mövzulara bir daha qayıdacağıq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam