Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sosial media ürək xəstələri üçün risk yarada bilər

 

Son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.

Sosial şəbəkələrdə aktivliyi artırmaq, daha çox izləyici əldə etmək üçün bəzən qorxu videoları paylaşılır. Lakin mütəxəssislər bildirir ki, bu cür paylaşımlar xüsusi qrup insanlar üçün müəyyən risk yarada bilir.

Yenixeber.org:Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qorxu videoları ürək xəstələri üçün böyük risk yarada bilir. Mütəxəssislərin məlumatına görə, xüsusən də ürək xəstəsi olduğunu bilməyən şəxslər üçün bu cür paylaşımlar sağlamlıq üçün böyük təhdid hesab edilir.

"Zamanla yanaşı xəstəliklərin yaşı da dəyişib. Yaşadığımız həyat tərzi insanı yorur, gərginləşdirir. Artıq həyatımız bir qəlibdən ibarət olmağa başlayıb. Bu qəlib sırasında sosial şəbəkə həyatımız da mühüm yer tutur. Lakin bəzən burada yayımlanan videolar ürək çırpıntısı artıraraq risk yarada bilir. Xüsusən də qorxu videoları ürəkdə ciddi fəsadlar yarada bilir" – deyə türkiyəli həkimlər bildirib.

Həkimlər belə iddia edir ki, son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam