Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana qarşı xaricdəki kanalların sponsorlarından biri bilindi: Rəşid Hüseynov –Faktlar

 

 

Yenixeber.org: Bir neçə ildir ki, xaricdə yaradılan, oradan idarə olunan və bütün fəaliyyəti Azərbaycan dövlətinə qarşı yönələn youtube kanalları, facebook səhifələri parlament seçkiləri ərəfəsində daha da aktivləşiblər.

Həmin kanalların, səhifələrin bəzi Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirildiyi və idarə olunduğuna dair iddialar, faktlar var. Bu sosial şəbəkə kanal və səhifələrinin məqsədi Azərbaycanda təxribatlar törətməkdən ibarətdir.

Seçki prosesində sözügedən səhifələri dövlətimizə qarşı çalışdıran, maliyyələşdirən şəxslərdən biri məlum olub.

Bu, “Yaban PUB”un sahibi, iş adamı eyni zamanda dünyaca məhşur olan bir çox pivə markalarının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəşid Hüseynovdur.

Rəşid Hüseynov hazırda xaricdədir və özünün facebook səhifəsində də Azərbaycana qarşı təxribatlar törədən, dövlətimizə qarşı olan kanalların, səhifələrin yaydığı materialları paylaşmaqla məşğuldur.

O, özünün missiyasına uyğun olaraq, 35 saylı Xətai üçüncü Seçki Dairəsinin timsalında da təxribatlarını həyata keçirir.

Belə ki, onun bu dairədə seçkiləri pozmağa çalışan deputatlığa namizəd, yaxın qohumu İqbal Ağazadəyə də maddi və insani dəstək verdiyi haqda informasiyalar var.

R.Hüseynov İqbal Ağazadənin radikal xarici saytlarda yayımlanan açıqlamalarını paylaşmaqla, bir daha öz missiyasını ortaya qoymuş olub. Hesab edirik ki, bu faktlar müvafiq hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq.

Dialoq.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam