Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Maliyyə Monitorinqi Xidməti borclu şirkəti qalib elan edib? - Açıqlama

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti 2021-ci ilin iyul ayının 12-də "dəftərxana və təsərrüfat xərcləri üzrə malların" satınalınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
Yenixeber.org: Maliyyə Monitorinqi Xidmətinin sifarişçi olduğu satınalmanın məbləği 15.069 manat, qalibi isə "BU BU" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.  
"Bu Bu" MMC 2018-ci ildə təsis edilib. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Şirəliyev Qaraxan Elman oğludur. 
İnternet resurslarında "BU BU" MMC barəsində ətraflı məlumat yoxdur. 
 
Maraqlı məqam odur ki, Maliyyə Monitorinqi Xidmətinin 2021-ci ilin iyul ayının 12-də "dəftərxana və təsərrüfat xərcləri üzrə malların" satınalınması lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən "BU BU" MMC-nin dövlətə 5.114 manat borcu var. 
 
"Dövlət Satınalmaları Haqqında" Qanunda isə satınalmalarda iddiaçı qismində iştirak edən təşkilatlardan vergi borclarının olmaması haqqında arayış tələb edilir. 

Məsələ ilə bağlı Maliyyə Monitorinqi Xidmətindən münasibət öyrəndik.
 
Maliyyə Monitorinqi Xidməti sözügedən borcun sonradan yarandığını qeyd edir:
 
"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti 2021-ci il 9 iyun tarixində www.etender.gov.az saytında dəftərxana və təsərrüfat xərcləri üzrə malların kotirovka sorğusu üsulu ilə satın alınması üçün elan dərc etmişdir. Qeyd olunan saytdakı elan əsasında "BU BU” MMC 2021-ci il 10 iyun tarixində kotirovka sorğusunda iştirak etmək üçün sorğu göndərmiş və həmin gün şərtlər toplusu qarşı tərəfə təqdim edilmişdir.
 
2021-ci il 11 iyun tarixində "BU BU” MMC kotirovka təklifini göndərmiş və açılış proseduru zamanı şərtlər toplusunda "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəklidə tələb edilən bütün sənədlər, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi yanında Dövlət Vergi Xidmətindən iddiaçının borcunun olmaması barədə arayış "BU BU” MMC tərəfindən göndərilmiş təklif zərfində yer almışdır. Kotirovka sorğusu keçirilən dövr ərzində "BU BU” MMC-nin heç bir vergi borcunun olmadığı təqdim edilən arayışda təsdiqlənmişdir. Həmçinin bildiririk ki, "e-taxes.gov az” keçid linkindən əldə edilmiş məlumatda göstərilən borc (511.9.37 manat) 2-ci rüb üzrə təqdim edilən hesabat üzrə cari ilin 20 iyul tarixindən sonra yaranmışdır".
 
Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə yaradılıb.(Qlobal.az)
 


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam