Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zaur Mikayılov rəhbər olduğu qurumda şübhəli satınalmalara "stop" deyə bilmir?-DE-FAKTO


Yenixeber.org: Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkədə çoxsaylı dövlət satınalmaları həyata keçirən qurumlardandır. ASC-nin tabeliyində fəaliyyət göstərən yerli idarə və müəssisələrin sifarişçi olduqları satınalmaların dəyəri bəzən milyonlarla manat civarında ölçülür. Bu qurumların əksərinin sifarişçi olduqları satınalmalarda isə kifayət qədər ciddi şübhəli məqamlar yer alır. 
 
Melorasiya və Su Təsərrüfatı ASC-də şübhəli satınalmalar həyata keçirən təşkilatlardan biri də Biləsuvar Suvarma Sistemləri İdarəsidir.
 
İdarə 2021-ci ilin iyul ayının 12-də üç lot üzrə sifarişçi olduğu ümumi məbləği 301.857 manat olan satınalmaya yekun vurub. 
 
İdarənin "Avtonəqliyyat vasitələrinin cari təmirinə ehtiyat hissələrinin satın alınması" (məbləğ - 49998) və "Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması" (məbləğ - 169.259) lotları üztə satınalmanın qalibi "SABİROĞLU" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "Tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması" lotu üzrə satınalmanın qalibi isə Mirzəyev Şahin Seyidağa oğlu olub. 
 
                      "Dövlət Satınalmaları Haqqında" Qanun pozulub
 

 

Biləsuvar Suvarma Sistemləri İdarəsinin 2021-ci ilin iyul ayının 12-də yekun vurduğu satınalmaların qalibi olan "SABİROĞLU" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə təsis edilib. Nizamnamə kapitalı 20 manat olan "SABİROĞLU" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, 1 may küçəsi ev 106A ünvanıdır. 
 
Şirkətin qanuni təmsilçisi Qobustan rayonunun Müşviqabad qəsəbə sakini Allahverdiyev Elnur Mayıl oğludur. 
 
"Sabiroğlu" MMC-nin fəaliyyət profili, satınalmalarda iştirak etmək üçün müvafiq dövlət orqanlarından tələb olunan sertifikat və lisenziyalara sahib olması, faktiki ünvanı barədə heç bir məlumat verilmir. 
 
Bundan başqa, Biləsuvar Suvarma Sistemləri İdarəsinin iki lot üzrə qalib elan etdiyi "Sabiroğlu" MMC-nin dövlətə satınalma keçirilən məqamda 8409 vergi borcu olub. 
 


Lakin "Dövlət Satınalmalarş Haqqında" qanunun müvafiq maddəsində iddiaçı qismində iştirak edən təşkilatların sifarişçi müəssisələrin tender komissiyalarına vergi borclarının olmaması barədə arayış vermələri tələb edilir. 
 
Biləsuvar Suvarma Sistemləri İdarəsinin tender komissiyasının fəaliyyəti barədə şəffaf məlumat olmayan, eyni zamanda dövlətə külli miqdarda vergi borcu olan şirkəti iddiaçı qismində satınalmaya buraxması və qalib elan etməsi qanun pozuntusu olmaqla yanaşı, həm də digər ciddi şübhəli məqamlardan xəbər. 
 
                          Siyəzən sakini Biləsuvara 60 maşın qum satacaq?
 

Biləsuvar Suvarma Sistemləri İdarəsinin 2021-ci ilin iyul ayının 12-də yekun vurduğu "Tikinti obyektlərinin cari təmirinə mal-materialların satın alınması" lotu üzrə sifarişçi olduğu satınalma məğzinə görə ciddi suallar yaradır. 
 
Belə ki, bu satınalma üzrə bağlanan müqaviləyə görə Siyəzən rayon sakini fiziki şəxs Mirzəyev Şahin Seyidağa oğlu Biləsuvar Suvarma Sistemləri İdarəsinə 157 ton sement, 1 ton emulsya, yarım ton rəngli boya, 300 ədəd çerepisiya, 100 metr metal boru, 650 kub metr qum və digər mal-materialla təmin etməlidir. 
 
Burada şübhəli məqam Şahin Mirzəyevin Biləsuvar Suvarma Sistemləri İdarəsinə satacağı 157 ton sementin markası və digər kəmiyyətləri barədə məlumatın verilməməsidir.  

Eyni zamanda fiziki şəxsin İdarəyə satacağı 1 ton emulsiya və yarım ton boyanın da markası və digər xüsusiyyətləri barədə məlumat yoxdur. 
 
Müqavilədə daha bir şübhəli məqam isə İdarənin alacağı 300 ədər dam örtüyü ilə bağlıdır. Belə ki, alınacaq 300 ədəd dəmir dam örtüyünün həcmi və materialın keyfiyyət göstəricisi barədə məlumata rast gəlinmir.
 
Müqavilədə ən tragikomik məqam isə İdaarəyə satılacaq 650 kub metr qumla bağlıdır. 650 kub metr qum yükü orta hesabla təqribən 50-55 kamaz yük deməkdir. Belə çıxır ki, Siyəzən rayon sakini fiziki şəxs Şahin Mirzəyev Biləsuvar Suvarma Sistemləri İdarəsinə 50-60 kamaz yük qum satacaq. Belə olan təqdirdə Biləsuvar Suvarma Sistemləri İdarəsinə 50-60 kamaz qumun alınması üçün qonşu rayonlarda olan qum karxanalarından yox, təqribən 250 km məsafədə yerləşən Siyəzən rayon sakini ilə satınalma müqaviləsinin imzalanması ortaya bir sıra ciddi suallar çıxarır. 
 
Xatırladaq ki, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mokayılovdur. Z.Mikayılov dövlət başçısının sərəncamı ilə bu ilin aprel ayının 5-də Melorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin edilib.(qlobal.az) 
Cahandar Laçınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam