Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Stalinin  Əmir Teymur VANDALİZMİ-FOTOLAR

            Düz 80 il əvvəl Sovetlər bir vandalizmə daha imza atdılar.

Yenixeber.org: 21 iyun 1941-ci ildə Səmərqənd (Özbəkistan) şəhərində baş verib bu hadisə…

Stalinin əmri ilə Əmir Teymurun məzarı açıldı. Mixail Gerasimovun rəhbərlik etdiyi elmi ekspedisiya Topal Teymurun məzarına gələrək işə başladı. Xalqın, xüsusilə də ağsaqqalların etirazına baxmayaraq ruslar geri addım atmadılar. Yaşlı insanlar məzarın lənətli olduğunu, Nadir Şah hadisəsini xatırlatsalar da məzar açılır.

Gerasimov və qazıntı qrupu Əmir Teymurun məzarını açır, böyük hökmdarın kəlləsini əllərinə alıb arsız-arsız poza verirlər (Gerasimovun üzündəki təbəssümə bir baxın).

Teymurun bədəninin hardasa 80 %-i salamat qalıbmış. Əvvəlcə onun üzünün maskası çıxarılır, boyunu ölçürlər-1 metr 73 sm-dir. Həqiqətən də topal olduğu, topallığın qılça sümüyündəki bir zədədən qaynaqlandığı təsbit edilir.

Türbənin içərisində hökmdarın ailəsindən dəfn edilmiş digər insanların da məzarları açılır və cəsədləri araşdırılır. Türbədə Muhammet Mirza Sultan, qardaşı Pir Muhammet Mirza, Teymurun oğulları Celalettin Miran Şah Mirza və Şah-ul Mirza oğlu Uluğ bəy də yatmaqdadır.

İlk müayinədən sonra hökmdarın cəsədinin olduğu tabut Moskvaya aparılır.

Ertəsi gün Almaniya Sovet İttifaqına hücum edir, müharibə başlayır.

Səmərqənddə Stalinə və Gerasimova lənət oxuyur. Axı xalq Əmir Teymurun məzarı lənətlidir deyə xəbərdarlıq etmişdi...
İbrahim Nəbioğlu

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam