Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

YOLUXANLARIN SAYI ARTIR, SƏRT KARANTİN TƏTBİQ EDİLƏCƏKMİ? -"Ötən ilin yay aylarındakı vəziyyətin yaranmaması üçün...”

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı durmadan artır. Belə ki, ötən sutka ərzində dünyada 486 min 741 nəfər koronavirusa yoluxub, 6 min 888 nəfər isə bu virus səbəbindən dünyasını dəyişib. Göstərici ötən ayla müqayisədə iki dəfəyə yaxın çoxdur.

Yenixeber.org: Azərbaycanda da yoluxma sayı sürətlə artır. Belə ki, martın 28-də Azərbaycanda 1831 nəfər koronavirusa yoluxub. Bayram tətilinin bitməsi ilə əlaqədar ölkədə martın 29-dan etibarən ictimai nəqliyyatın, bir çox iş yerlərinin fəaliyyəti bərpa olunub. Məntiqlə indi yoluxma daha da arta bilər.

 

Bəs indiki situasiyada sərt karantin rejimi tətbiq ediləcəkmi?

Hazırda hər kəsi bu sual düşündürür. Həm dünyada, həm də Azərbaycanda insanlar artıq qapanmadan, karantindən beziblər. Bunu dövlətlər də gözəl anlayırlar. Ona görə də mümkün qədər sərt karantin rejimi tətbiq edilmir. Lakin mütəxəssislər bildirirlər ki, COVİD-19-a qarşı dərmanın olmadığı zamanda ən effektiv qorunma yolu sosial izolyasiya, qapanmaqdır.

Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər.

 

 

Professor Adil Qeybulla bildirib ki, indiki zamanda karantin qaydalarına əməl etmək lazımdır. Professorun sözlərinə görə, yoluxma sayı bu cür artan templə davam edərsə, sərt karantini görəcəyik. 

Adil Qeybulla bildirib ki, ötən ilin yay aylarındakı vəziyyət yaranmadan müəyyən qaydalar tətbiq edilməlidir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Modern.az-ın suallarını cavablandırarkən qeyd edib ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir: "Rəqəmlərin yüksək olmasının səbəbi əhalinin bəzi hissəsinin hələ də bu virusu qəbul etməməsidir. Belə ki, insanların çoxu özlərində hiss etdikləri simptomları soyuqdəymə, mövsümi xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır. Həkim və xəstəxanalara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir.

Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diaqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur".

 

 

Onun sözlərinə görə, daxil olan müraciətlər qarşıdakı iki həftə ərzində yoluxmanın sürətlə artacağını göstərir: " İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir. Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir.

Reanimasiyalara tələbatın çoxalması reanimatoloqlar və tibb bacılarının sayına tələbin artması deməkdir. Müəyyən bir həddən sonra buna qarşılıq vermək səhiyyə üçün çətinləşir. Bu tək Azərbaycan deyil, bütün dünya üçün belədir. Və bu təhlükə qarşısında qalanda, çıxış yolu kontaktların, görüşlərin, toplanmaların bir şəkildə məhdudlaşdırılmasına qalır. O hansı yolla məhdudlaşdırılacaq, buna Nazirlər Kabineti yanında operativ qərargah qərar verəcək".

Qeyd edək ki, bugünlərdə bir sıra ölkələrdə sərt karantin rejimi tətbiq edilib. Avstriyanın şərq əyalətlərində (Vyana, Aşağı Avstriya və Burqenland) koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, bu əyalətlərin qubernatorları Səhiyyə Nazirliyi ilə sərt karantin rejiminin tətbiqinə dair razılığa gəliblər.

Sərt karantin rejiminin 1-6 aprel tarixlərində qüvvədə olacağı elan edilib.

Qazaxıstanda COVİD-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşinin əmri ilə şəhərdə sərt karantin rejimi aprelin 12-dək uzadılıb.

İtaliya hökuməti Pasxa həftə sonlarında ölkə daxilində karantin tətbiq edəcək. Karantin 3-5 aprel tarixlərini əhatə edəcək. Fərmana əsasən üç günlük tətil zamanı ölkədə “qırmızı” zonanın qaydalarında nəzərdə tutulmuş ən sərt məhdudiyyətlər fəaliyyət göstərəcək...

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam