Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Dünyada koronavorus xəstələrinin dəhşətli statistikası - 73 min 660 yoluxma, 4 min 533 ölü

 Dünən dünyada koronavirusa (COVİD-19) yoluxma sayı əvvəlki günlərlə müqayisədə ciddi şəkildə artıb. Bu artım əsasən 3 dövlətin hesabına olub.

Yenixeber.org: Ümumilikdə dünən dünyada 73 min 660 nəfər koronavirusa yoluxub, 4 min 533 nəfər ölüb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə dünən 24 min 742 nəfər yoluxub, 912 nəfər ölüb. Yoluxmanın ən çox qeydə alındığı ikinci ölkə İspaniya olub (7 min 967 yoluxma, 748 ölüm. Üçüncü sırada isə Fransa yer alıb ( 7 min 578 yoluxma, 499 nəfər ölən olub).

Hazırda dünyada yoluxanlarım sayı 850 min, ölənlər isə 42 mindən yuxarıdır. Konkret desək, bu saata görə dünyada 859 min 913 nəfər yoluxan, 42 min 344 nəfər ölən var.

Tibb sahəsi üzrə dünyanın elm adamları proqnozlaşdırırlar ki, aprel ayında bu cür artım tempi davam edəcək. Sonrakı aylarda isə pozitiv dəyişliklər olacaq, yoluxma və əsasən də ölüm azalacaq. Ona görə də əksər ölkələrdə aprel ayı üçün karantin rejimi tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam