Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“BÖYÜK EHTİMALLA, YENİ MÜHARİBƏ QAÇILMAZ OLACAQ" -“Yerdə qalan ərazilərimizi də azad etməliyik”

44 günlük Qarabağ savaşındakı möhtəşəm qələbəmizin 100 günü tamamlandı. Dünyanın bir çox hərbi mərkəzlərinin, aparıcı paytaxtlarının hələ də Azərbaycanın qısa müddətdə, minimum itkilərlə “ildırım sürətilə” əməliyyat keçirməsinin, Ermənistan ordusunun 80 faizinin darmadağın etməsinin sirlərini öyrənməklə məşğuldurlar. Paralel olaraq bir sıra ölkələr, məsələn, dost Ukrayna öz ərazilərini azad etmək istiqamətində Azərbaycan təcrübəsindən istifadəni planlaşdırır.

Yenixeber.org: Bakıdakı Zəfər paradında düşmənə məxsus hərbi texnikanın nümayişi son illərin hərb tarixində bir ilk oldu. Azərbaycanın qəhrəman əsgərinin qazandığı zəfər tariximizin ən şərəfli səhifələrindən biri oldu. 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməni imzalayan Nikol Paşinyan məğlubiyyətini etiraf etdi. Ancaq Qarabağın “erməni məhəlləsi”ndə mövcud olan terrorçular və onların başçıları, eyni zamanda Ermənistandakı revanşistlər savaşın tam bitmədiyi ehtimalını ortaya çıxarır. Bakının bölgədə yaratdığı yeni situasiya və sənədin icrasına yaradılan əngəllər getdikcə artmaqdadır. Xüsusən də erməni revanşistləri və lobbisi nəticədən məmnun deyillər, odur ki, fürsət gözləyirlər. Həmçinin xaricdəki oyundankənar vəziyyətə düşmüş müəyyən məkrli çevrələr də suyu bulandırmağa çalışır. Üstəlik, sülhməramlılara sığınan və “rus dilini rəsmi dil” elan etmək istəyən separatçıların növbəti təxribatları qaçılmaz ola bilər. Rusiya sülhməramlı qüvvələrilə bağlı lap əvvəldən yaşanan narahatlıq və bədbin proqnozlar da tam aradan qalxmayıb.

Ancaq Ağdamdakı mərkəzdə fəaliyyətə başlayan Türkiyə heyəti güvəncimizi artırır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən yüz gün ərzində Qarabağa səfərləri zamanı bir qayda olaraq xəbərdarlıq edir ki, əgər düşmən yenidən baş qaldırmaq istəsə, “Dəmir yumruq”la birdəfəlik darmadağın ediləcək.

 

 

QAT sədri Akif Nağı da musavat.com-a açıqlamasında deyib ki, ehtiyatlı olmaqda yalnız fayda var: “Təbii ki, əsas məsələ qalib gəlməkdir. Amma qələbənin möhkəmləndirilməsi, geridönməzliyin təmin edilməsi daha vacibdir. Ən əsası isə qələbədən sonra irəliyə getmək bacarığıdır. 100 gün əvvəl 30 illik məğlubiyyətə, 200 illik məzlum vəziyyətimizə son qoyduq, düşmənlə yerlərimizi dəyişdirdik. İndi onlar məzlum və məğlub durumdadırlar, fəlakət içərisindədirlər. Vəzifəmiz onları bu vəziyyətdə saxlamaq, düşdükləri durumla barışmağa məcbur etməkdir. Tam qələbə o vaxt olur ki , düşmən məğlubiyyətini etiraf etsin. Düşmən isə hələ də çabalayır, əlinin dalını yerə qoymur, vəziyyətdən çıxmağa çalışır. Rusiyanın oyunları, Ermənistanın hikkəli bəyanatları, Dağlıq Qarabağdakı quldurların hələ də sərbəst gəzməsi narahatlıq mənbəyimizdir. Son günlərin hadisələri yenidən nələrinsə baş verdiyini göstərir. Azərbaycandan iqtisadi əməkdaşlıqla bağlı böyük heyətin Türkiyə səfəri, orada yüksək səviyyədə görüşlərin keçirilməsi, Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları, Putinlə Paşinyanın telefon təmasları, xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr, baş terrorçu Araikin rus dili təşəbbüsləri, bütün bunlar yeni situasiyanın yarandığının əlamətləridir. Müşahidələr göstərir ki, Türkiyə regionda 10 noyabr proseslərinin davam etdirilməsinə çalışır, Rusiya bu məsələdə maraqlı görünmür, Ermənistan hər vəchlə prosesi yarımçıq kəsməyə cəhd edir. Azərbaycan hələlik tutduğu mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur”.

A.Nağı məsələnin hərb fazasına son qoyulduğunu güman etmir: Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq. Çünki Ermənistan aldığı məğlubiyyətdən düzgün nəticələr çıxarmaq, başa düşmək istəmir ki, Azərbaycanın üstünlüyünü qəbul etməlidir, ermənilərə pay verdiyimiz dövləti qoruyub saxlamaq üçün Rusiya və ya başqa birisinə yox, Türkiyə və Azərbaycana sığınmalıdır. Ermənilər düşdükləri ağır vəziyyətdən yalnız Bakı və Ankaranın köməyi ilə çıxa bilər. Bunu anlamaq, bu yöndə çalışmaq əvəzinə revanşist hisslərə güc verirlər. Rusiya da onların bu sarsaqlığından son yüz ildə olduğu kimi, yenə də yararlanmağa çalışır. Ona görə də müharibə ehtimalı realdır. Azərbaycan yarımçıq nəticələrlə kifayətlənməyəcək və tam qələbə üçün yetərincə güclüdür. Azərbaycan cəmiyyəti də yarı-yolda dayanmağı qəbul etmir. Qələbədən ruhlanmış, milli qüruru bərpa olunmuş xalq Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının dalğalanacığı günü səbirsizliklə gözləyir. Bu, pafos deyil, millətin ruhuna hakim kəsilmiş istək, sosial sifarişdir”.

 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib k, 44 günlük müharibədə böyük zəfər qazanıldı və ondan sonrakı günlərdə böyük işlər görüldü, amma hələ qarşımızda bəzi vəzifələr durur: “Əsas vəzifələrdən biri budur ki, yerdə qalan əraziləri də azad etməliyik. Dağlıq Qarabağda hələ də əli silahlı separatçı-terrorçular var, onlar da tərksilah olunmalıdır. Dağlıq Qarabağın ermənilərin yaşadığı ərazilərində Azərbaycan qanunları işləməlidir, onlar Azərbaycan pasportlarını daşımalıdırlar. Biz bütün bunlara nail olmalıyıq. Düzdür, 100 gündə başqa nailiyyətlərimiz də var. Bu nailiyyətlərdən biri budur ki, Ermənistan artıq öz gənclərini ”hərbi mükəlləfiyyət" üçün Qarabağa göndərmir, bunu da Azərbaycan üçün müsbət hadisə saymaq olar. Başa düşdülər ki, bu, yeni toqquşma ehtimalını artıra bilər. Amma yenə deyirəm, hələ qarşımızda böyük vəzifələr dayanıb. Biz birinci hissəni uğurla tamamladıq, müharibədə qələbə qazandıq, “Dəmir yumruq”la düşmənin başını əzdik. Anladılar ki, ən azı qarşıdakı 30-40 il ərzində Azərbaycanla müharibə edə bilməyəcəklər".

E.Şahinoğlu Ermənistan daxilində vəziyyətin də ermənilər üçün fəlakətli olduğunu vurğuladı: “Hazırda Ermənistanda qarışıqlıqdır. Müharibənin nəticələrinə görə, bu, anlaşılandır, çünki məğlub olublar”.

Politoloq hesab edir ki, bundan sonrakı əsas vəzifələrdən biri də sülhməramlılarla bağlı olmalıdır: “5 ilin yekununda biz rusiyalı hərbçilərin bölgədən çıxmasına nail olmalıyıq ki, daha onlara ehtiyac qalmasın, Türkiyə də bunu istəyir”.

Politoloq qeyd etdi ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti mitinqini fevralın 20-nə təyin edib: “Yenə ”böyük hədəflərdən" danışırlar. Müxalifət Nikol Paşinyanı müharibədə məğlubiyyətin elanından, yəni 10 noyabrdan sonra devirə bilmədisə, 3 ay sonra bunu necə bacaracaq? Özü də mitinqin aparıcı qüvvəsi kimi Daşnaksütun partiyası çıxış edir. O partiya ki, heç parlamentdə təmsil olunmayıb və ermənilər arasında nüfuzu yoxdur".

Savaş ehtimallarından bəhs edərkən siyasi şərhçimiz maraqlı bir məlumatı bölüşdü: “Bu arada, beynəlxalq aləmdə məşhur olan ”Gullup International Association" mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir. Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın “Mənim addımım” partiyasına səs verməyə hazır olduğunu bildirib. 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, sorğu nəticəsinə görə, digər partiyalar “Mənim addımım”dan sonra gəlir. “Hansı siyasətçiyə üstünlük verirsiniz” sualına cavabda da ilk sırada Nikol Paşinyan gəlir. Soğrunun “müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır” sualına cavabın nəticələri də maraqldır. Sorğuya qatılanların 32 faizi məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Köçəryanın və Serj Sərkisyanın məsuliyyət daşığıdını vurğulayıblar, yalnız 28 faiz Paşinyanın günahkar olduğunu söyləyib. Yəni ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırkı hakimiyyəti günahkar saymır. Bu aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir. Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Köçəryan-Sərkisyan ordusu üzərində qələbə çalıb. Paşinyan iki ildən bir az çoxdur hakimiyyətdədir, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi".

E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, ermənilərin sorğunun digər sualına verdiyi cavab onların “nağıla” inandığını da göstərir: “Sorğuya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki, Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır (?!). Cəmi 3.1 faiz reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib. Eybi yoxdur, zaman keçdikcə bu nisbət də artar. Əsas odur ki, Şuşa və Hadrutu ”geri qaytarmağı" gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağda ətrafları azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq".

Ekspert onu da qeyd etdi ki, ötən 100 günün müsbət nəticələrindən biri də Ağdamda Birgə Monitorinq Mərkəzinin işə düşməsidir: “Mərkəz atəşkəsə nəzarət edir, amma bu, bizimçün azdır. Monitorinq Mərkəzi separatçı-terrorçu qruplaşmaların tərksilah olunması məsələsini də sürətləndirməlidir. Rusiya rəhbərliyi tez-tez Türkiyə ilə təmasda olur, elə 18 fevralda da prezidentlər və xarici işlər nazirləri arasında telefon danışıqları oldu. Bu da bizim xeyrimizədir ki, artıq Rusiya Türkiyə ilə hesablaşır və Ermənistan da artıq bununla hesablaşmaq məcburiyyətindədir”.

Bir sıra erməni ekspertləri də hesab edir ki, Ermənistan mövcud vəziyyəti dəyişmək gücündə deyil və yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal əlaqə yaradıb, ölkəni tamamilə məhv olmaqdan xilas etməkdir. Ancaq anti-paşinyançılar bu yola qarşı açıq müqavimət göstərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam