Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dəmir yumruq”: -Zəfər paradının mühüm mesajları

“Dəmir yumruq”:  Zəfər paradının mühüm mesajları
“Zəfər paradını həmişə arzulamışıq. Bu parad Azərbaycan tarixində qələbənin özü kimi ən önəmli yeri tutacaq, qızıl hərflərlə yazılan bir səhifə olacaq”.
Yenixeber.org: Bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, 44 günlük müharibənin nəticəsi olaraq əldə etdiyimiz qələbənin və ona həsr olunmuş Zəfər paradının əhəmiyyətini qısa şəkildə izah etmək çox çətindir:

“Çünki belə bir hərbi törən və zəfərimizin reallaşmasının tarixi əhəmiyyəti həddindən artıq çoxdur. Biz yüz illərin tarixinə nəzər salsaq bu cür parlaq nəticəni görə bilmərik. Vətəndaşlarımız paradı böyük ruh yüksəkliyi ilə izlədi, qalib ordunun hərbi paraddan keçidini fəxrlə seyr etdilər. Elə parad iştirakçıları da böyük qürur hissi ilə Azərbaycan tarixinə xüsusi bir hadisə kimi düşən hərbi bayramda iştirak etdilər. Bu Zəfər paradımıza xüsusi rəng qatan amillər də oldu. Onlardan biri Türkiyə rəhbərliyinin zəfər bayramımızda aktiv iştirakı idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq Azərbaycan və Türkiyə dostluğunun inkişafda olduğu bir daha nümayiş etdirildi. Bu inkişafın nəticəsi idi ki, müharibə başlayan ilk gündən başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə Cümhuriyyəti daim ölkəmizin yanında oldu, xalqımıza, dövlətimizə, mənəvi-siyasi dəstəyini göstərdi. Bu paradda Türkiyə əsgərlərini görməyimiz və qardaş ölkənin igid hərbçilərinin keçidi bizi qürurlandırdı. Onlar bizim sevincimizə xüsusi sevinc hissi qataraq əsgərlərimizlə bir yerdə addımladılar”.



Şair Ramaldanovun sözlərinə görə, Türkiyə kimi böyük bir ölkənin və tarixi dostumuzun zəfər paradında aktiv iştirakı o demək idi ki, əgər gələcəkdə hansısa mənfur qüvvələr torpaqlarımıza göz dikərsə, bu dostluq və birliklə onların qarşısı alınacaq:

“Qısası, türk əsgərlərinin Zəfər paradımızda keçidi bir daha iki ölkə arasındakı isti münasibətlərin, qardaşlığın hansı səviyyədə olmasından xəbər vermiş oldu. Əlbəttə ki, paraddakı bu nüans düşmənlərimiz üçün bir ismarış rolunu oynadı. Baxmayaraq ki müharibə yenicə bitib, biz ordumuzun hansı əhvalda, gücdə olduğunu müşahidə etdik. Ən müasir texnikaları gördük. Azərbaycan ordusu bir daha nəinki paraddakı mesajları ilə, ümumən 44 günlük müharibədə hansı potensiala, hansı mənəvi və texniki gücə malik olduğunu dünyaya göstərmiş oldu. Cənab Prezidentin də dediyi kimi, ordumuz böyük xalq olduğumuzu hər kəsə nümayiş etdirdi”



Ekspert qeyd edib ki, Zəfər paradına səbəb olan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüş əməliyyatlarının sonda qələbəmiz ilə nəticələnəcəyi əvvəldən şübhə doğurmurdu:

“Qələbəyə əsas səbəb cənab Prezidentin də tez-tez vurğuladığı kimi bizim birliyimiz, dəmir yumruq kimi birləşib həmrəylik göstərməyimiz oldu. Ordumuzun illərlə inkişaf edib, indiki səviyyəyə çatması məhz Prezidentin səyi, müdrik siyasəti nəticəsində baş tutdu. Hərbçilərimiz ən müasir silahlarla təmin edilmişdilər və onlar bu müharibəni 21-ci əsrin döyüşlərinə cavab verən taktiki gedişlərlə qazandılar. Düşməni 44 gün ərzində diz çökməyə məcbur etdik ki, bundan sonra onların dirçəlməsi üçün uzun illər lazım olacaq. Ordumuzun şəxsi heyəti, vətəndaşlarımız müharibə zamanı himnimizdə qeyd edildiyi kimi - “səndən ötrü can verməyə cümlə hazırıq, səndən ötrü qan tökməyə cümlə qadirik” cümlələrini rəhbər tutaraq misilsiz qəhrəmanlıq göstərdi.

Artıq torpaqlarımız işğalçılardan azad edilib və dünənki Zəfər paradına səbəb olan qələbələrimiz ümumilikdə hərb elmin inkişafında, hərbi dərsliklər və bu sahənin təhqiqində geniş araşdırılıb öyrəniləcək. Məsələn, Şuşa əməliyyatı. Bu şəhərin işğaldan azad edilməsi müharibədə xüsusi önəm daşıyan mərhələ oldu. Bundan sonra biz və bütün dünya, hərb elmi nəinki Şuşa əməliyyatları haqqında tədqiqatlar aparacaqlar, igidlərimizin döyüş yolu haqqında çoxsaylı romanlar da yazılacaq, kinolar çəkiləcək. Bütün bunlar gələcək nəsillərimizin sağlam və güclü şəkildə formalaşmasında, gənclərimizin mənəvi-psixoloji ruh yüksəkliyinin təmin olunmasında, möhkəmlənməsində əvəzsiz rol oynayacaq. Azərbaycan Zəfər bayramını, Zəfər paradını öz qələbəsinə layiq şəkildə qeyd etdi və bundan sonra gələcək nəsillərə fəxrli bir tarix qoyduğumuzu qürurla deyə biləcəyik”.

Qeyd edək ki, dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam