Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistan:iqtisadiyyatın dağıılması


Noyabrın əvvəllərində Ermənistan ordusunun məğlubiyyəti ilə sona çatan Qarabağ müharibəsi, Ermənistanda davam edən mitinqlər və vətəndaş qarşıdurması bu ölkənin iqtisadi göstəricilərinə təsir göstərməyə bilməzdi.

Yenixeber.org: Ötən məqalədə Ermənistanın və Dağlıq Qarabağın erməni icmasının rəsmi statistik rəqəmlərindən istifadə edərək, Azərbaycanın azad etdiyi ərazilərdə kənd təsərrüfatı sektorunun və hasilat sənayesinin itkisi nəticəsində Ermənistan iqtisadiyyatının iqtisadi, potensial itkilərini göstərdik.

Bu yazıda Ermənistan Dövlət Statistika Komitəsinin məlumatlarına və erməni müəlliflərinin iqtisadi məqalələrinə əsaslanaraq müharibənin və ermənilərin daxili münaqişəsinin bu ölkənin iqtisadiyyatına təsirini göstərməyə çalışacağıq. 2020-ci ilin dekabr ayı üzrə məlumatlar hələ məlum deyil, oxucu nəzərə almalıdır ki, dekabr göstəriciləri ümumiləşdirildikdən sonra Ermənistan iqtisadiyyatındakı ümumi azalma daha təsirli olacaq.

Dekabrın 25-də Ermənistanın Statistika Komitəsi son 11 ayda - yanvar-noyabr daxil olmaqla makroiqtisadi məlumatları təqdim etdi. 2020-ci ildə üç aylıq müharibə və müharibədən sonrakı milli stres - oktyabr, noyabr, dekabr aylarında Ermənistan iqtisadiyyatına zərbə vurdu. Hələlik dekabr ayı üzrə məlumat yoxdur. Ancaq Ermənistana fəlakətli yürüşü hələ 2020-ci ilin yanvar-aprel aylarında başlayan koronavirusu unutmamalıyıq. Bu aylarda keçən ilin eyni dövrü ilə müqayisədə ölkənin iqtisadi fəallığı mənfi zonaya keçdi (98,3%), daha sonra aydan-aya ağırlaşaraq 8 ayda azalma 93,6%-ə, 9 ayda 93.4 %-ə və 10 ayda 93.3%-ə çatdı. 2-ci və 3-cü rüblərdə Ermənistan iqtisadiyyatının gerilədiyini nəzərə alsaq, ölkənin artıq tənəzzülə uğradığını söyləmək olar (iqtisadiyyat 2 rüb dalbadal gerilədi)"- deyə “Qolos Armenii” vurğulayır.

Nəticədə son 11 ayda Ermənistanda iqtisadi aktivlik göstəricisi 92,8% təşkil etdi, yəni son 11 ayda milli iqtisadiyyat 7,2% itkiyə uğradı.

Xarici ticarət dövriyyəsi 10 ay ərzində 88,6% təşkil edib və noyabr ayı daxil olmaqla azalma 87,6%-ə qədər dərinləşib. Müvafiq olaraq ilə 10 ayda 95,6%-ə düşən ixracat həcmi noyabr ayının daxil ediləndə 94,8%-ə qədər pisləşdi. İdxal məsələsinə gəlincə, 10 ayda idxal olunan mal və xidmətlərin həcmi 85,1%-ə, 11 ayda isə daha çox - 84,1%-ə düşdü.

9 ayın yekunlarına görə, Ermənistanda sənaye məhsulu həcminin artım tempi 101% idi, oktyabr da əlavə ediləndə bu göstərici yarım faiz azaldı – 100,5%.  Müharibə dövründə və müharibədən sonrakı hadisələr zamanı sənayedə böyümə sürəti azaldı.

11 ay ərzində hələ də kiçik bir pozitiv zonada olan az sayda sahələrdən biri olan sənaye mənfi 99,8%-ə düşdü.

 

Elektrik enerjisi istehsalı sahəsində artım sürətində azalma qeydə alınıb: yanvar-avqust aylarında - cəmi 101.9%, yanvar-sentyabr aylarında daha az - 101.5%, yanvar-oktyabr aylarında bu göstərici bir qədər yaxşılaşıb - 101.7% -ə, yanvar-noyabrda bir az daha əlavə edib - 101,8%. Əslində, bütün makroiqtisadi göstəricilərdən yalnız elektrik enerjisi istehsalı hələ də kiçik bir müsbət dəyəri qoruyub saxlayır (Armstat ümumi kənd təsərrüfatı həcmləri barədə məlumatları rüblük olaraq yayımlayır, buna görə də onlar 2021-ci il yanvarın sonunda əldə ediləcək).

Xidmət sektoru 10 ayda 87,2%-ə, 11 ayda 86,4%-ə düşdü. Daxili ticarət dövriyyəsi də praktik olaraq geriləyir, 10 ayda bu göstərici 87,5% təşkil edib, 11 ayda 86,5%-ə qədər dərinləşib.

Tikinti sektorunda 10 ay ərzində 86,7% səviyyəsində azalma qeydə alınıb, noyabr ayında enmə iki faiz (88,8%) dayanıb. Tikinti sənayesi göstəricilərində azalma iki rəqəmlidir - keçən ilin eyni dövrü ilə müqayisədə azalma 11,2% olub.

Rəsmi inflyasiya faktiki olaraq 101% təşkil edib ki, bu da hökumətin hədəf səviyyəsinin ən aşağı həddinin (102,5%) altındadır. Eyni zamanda, ölkədə ikirəqəmli həqiqi ərzaq inflyasiyası tüğyan edir. İlk rastlaşdığınız supermarketə baxmaq kifayətdir…

“İlin sonuna bir ay qalır. Çətin ki, bu müddət ərzində Paşinyan hökuməti tənəzzül edən iqtisadiyyatda vəziyyəti azca düzəldə bilsin. Bunun üçün ümumi ictimai apatiya və stres şəraitində Paşinyan kabinetinin ehtiyatında nə uyğun bir fon var, nə də uyğunlu kadrlar. Normal şəraitdə Yeni il tətili ərəfəsində iqtisadi fəaliyyətdə bir qədər canlanma gözlənilə bilərdi, amma bu gün bu da böyük sual altındadır. Biznes vəziyyətin iqtisadiyyatın çökməsinə qədər pisləşəcəyini gözləyir”, - deyə jurnalist Aşot Aramyan proqnozlaşdırır.

 

Gedən ayın siyasi hadisələrini nəzərə alaraq 2021-ə baxmaq olar. Paşinyan erkən parlament seçkiləri keçirmək niyyətini açıqladı, Qarabağdakı separatçı rejimin liderlərindən biri olan Balasyan Hadrut və digər rayonları ermənilərə qaytaracağına söz verdi, Rusiya ilə ittifaq dövləti olma fikri irəli sürüldü. Ermənistanda yaxınlaşacaq siyasi qarşıdurmanı və bəlkə də Azərbaycanla yeni bir müharibəni bilmək üçün uzaqgörən olmaq lazım deyil. Dövlətin iqtisadiyyatı birbaşa cəmiyyətdəki sabitlikdən asılıdır.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam