Ermənilərin İrana ümidləri niyə puç oldu? –TƏHLİL
Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları ilə bağlı İrəvan və tərəfdarları üçün ən gözlənilməz mövqeni İran İslam Respublikası sərgilədi. Müharibənin ilk günlərindən ermənipərəst ekspertlər əminliklə iddia edirdilər ki, İran Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparmasına qarşı çıxacaq və prosesi dayandırmaq üçün bütün vasitələrdən istifadə edəcək. Buna səbəb kimi isə, Tehranla İrəvanın uzun illərdən bəri davam edən strateji tərəfdaşlığı və Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməsinin guya İranın maraqlarına zidd olmasını göstərirdilər.
Yenixeber.org: Lakin müharibənin başlandığı ilk günlərdən İranın müxtəlif ranqlı rəsmi şəxslərinin dilindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səslənməsi bu ehtimalları alt-üst etdi. Oktyabr 5-də İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Seyid Xətibzadə ölkəsinin Dağlıq Qarabağ münaqişəsilə bağlı ilk rəsmi mövqeyini açıqladı. İran münaqişənin beynəlxalq hüququn tələblərinə uyğun ərazi bütövlüyünün qorunması şərtilə həllinin tərəfdarı olduğunu bəyan etdi. Bu bəyanat faktiki Azərbaycanın mövqeyinin dəstəklənməsi anlamına gəlsə də, ümumi diplomatik ifadələrlə ənənəvi beynəlxalq terminlərin səsləndirilməsi Tehranın məsələdə daha çox balanslaşdırılmış siyəsətə üstünlük verərək, neytrallığını qoruması təəssüratını yaradırdı.
Bundan bir gün sonra, oktyabrın 6-da İranın Ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranın Azərbaycanı dəstəklədiyini və Ermənistanın işğal etdiyi əraziləri tərk etməli olduğunu açıq şəkildə bəyan etdi. “Biz Ermənistanı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini geri qaytarmağa çağırırıq. Bir milyondan çox azərbaycanlı işğaldan sonra öz yurd-yuvalarından məhrum olub və teziklə öz yerlərinə qayıtmalıdırlar”,- deyə Vilayəti İranın “Kayhan” qəzetinə müsahibəsində bildirmişdi. Bu bəyanat Ermənistanın İranla bağlı son ümidlərinin də puç olması demək idi.
Azərbaycanın məhz cənubdan genişmiqyaslı əməliyyatlara start verməsi və bu istiqamətdə işğal altında olan rayonlarımızı ard-arda azad etməsi də maraq doğurur. Görünür, İran tərəfi də Azərbaycan kimi öz sərhədlərinin legitim məcrada qorunmasında maraqlı olub. Çünki, müharibənin başlaması terror qruplaşmaların nəzarətsiz sərhədlərdən istifadəsi üçün şərait yaradırdı ki, Ermənistanın bu amildən istifadə etməsi mümkündür.
Təsadüfi deyil ki, prezident İlham Əliyev cənub sərhədlərimiz nəzarətə götürüldükdən sonra həm Azərbaycan, həm də, İran xalqını təbrik etmişdi. Prezident bu məsələyə oktyabrın 28-i İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi ilə gürüşündə yenidən toxunub və bəyan edib ki, “Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətləri kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaq”.
Yeri gəlmişkən qeyd edək ki, Seyid Abbas Əraqçi İranın münaqişənin həllilə bağlı irəli sürdüyü planı müzakirə etmək üçün prezident Həsən Ruhaninin xüsusi nümayəndəsi kimi Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan və Rusiyaya da səfər edəcək. Planının təfərrüatları barədə məlumat verilməsə də, Əraqçının sözlərinə görə əsas ideya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Prinsip etibarı ilə belə bir planın mövcudluğu barədə hələ oktyabrın 4-də İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Seid Xətibzadə də məlumat vermişdi.
Nəhayət, İranın Ali dini lideri Ayətullah Əli Xomeyni bu gün bəyan edib ki, Ermənistan işğal etdiyi bütün torpaqları Azərbaycana qaytarmalıdır. İranın dövlət başçısının bu bəyanatı Tehranın münaqişə ilə bağlı Azərbaycanı dəskləyən mövqeyinin qətiyyətli olmasını bir daha göstərdi. Güman ki, Əraqçının regiona səfərindən sonra yaranmış vəziyyətin yekun təhlili Tehranın öz mövqeyini qətiləşdirməsinə gətirib çıxardı.
Əslində İranın hazırkı məqamda Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi təəccüb doğurmamalıdır. İranla Azərbaycanın münasibətləri əsasən 2013-cü ildən praqmatik lider kimi tanınan Həsən Ruhaninin prezident seçilməsindan sonra dərinləşməyə başladı. Ermənistanla iqtisadi əməkdaşlığın öz ölkəsinə heç bir səmərə vermədiyini dəqiq bilən Həsən Ruhani, sanksiyalar səbəbilə gəlirləri azaldığına görə Azərbaycan və Türkiyə ilə birgə qarşılıqlı səmərə gətirəcək layihələrə qoşulmaq qərarına gəldi. İranla Azərbaycan arasında Xəzərin statusu ilə bağlı razılıq əldə olundu, Şimal-Cənub nəqliyyat dəhlizi İran mallarının Azərbaycan ərazisindən Rusiyaya və əksinə ticarətinin dirçəlməsinə şərait yaratdı, TANAP layihəsinə qoşulmaqla isə Xəzəryanı dövlət kimi İran qazının Avropa bazarına çıxarılması reallığa çevrildi.
Bu iqtisadi faktorlarla yanaşı, İran ərazisində yaşayan etnik azərbaycanlılara yanaşmada da İran rəhbərliyinin siyasətində dəyişiklik baş verdi. Çünki Tehranın ermənipərəst siyasəti İranda daxili sabitliyə də təhlükə yaradır və azərbaycanlıların mərkəzi hökumətə etimad səviyyəsinin azalmasına səbəb olurdu. Odur ki, İran Azərbaycanla münasibətlərini dərinləşdirməklə bir tərəfdən də öz etnik azərbaycanlı vətəndaşlarının da etimadını qazanmış oldu.
Azərbaycan prezidenti ilə İran prezidenti arasında bu müddət ərzində qarşılıqlı etimada əsaslanmış dostluq münasibətlərinin formalaşdığını da əminliklə demək olar. Əraqçi ilə görüşündə İlham Əliyevin “Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub”,- deməsi bunun bariz göstəricisidir.
Bununla belə, İranın Ermənistanla münasibətlərinin soyumasında həlledici amil kimi “inqilabçı” baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu müddətdə yürütmək istədiyi hesablanmamış siyasət oldu. Türkiyənin Qətərə görə Səudiyyə Ərəbistanı ilə münasibətlərinin korlanmasından istifadə etməyə çalışan Paşinyan tələsik ərəblərlə Ankaraya qarşı ittifaqa qoşuldu. Ancaq İrəvan unutdu ki, bölgədə Səudiyyə Ərəbistanının ən böyük düşməni İrandır və bu iki ölkə arasında Yəməni nəzarətə götürmək üçün illərdir mübarizə gedir. Ermənistanın ərəblərlə yaxınlaşması sünni radikal qruplaşmalarının Ermənistan vasitəsilə nəzarətsiz işğal altında olan regionlara daxil olması riskini yaradırdı ki, bu da Azərbaycanla yanaşı, İrana da ciddi təhlükə sayıla bilər. Azərbaycanın İranla sərhəddi nəzarətə götürməsi Tehranın bu narahatçılığını aradan qaldırdı.
Yerevanın qərbləşmə meyillərinin Tehrana yaratdığı təhlükə isə, münaqişə arealının genişlənməsi və regionun Türkiyə ilə Rusiya arasında qarşıdurma məkanına çevrilməsidir ki, bu halda, İran əlavə risklərlə qarşı-qarşıya qalacaqdı.
Nəhayət, İranın heç bir halda Paşinyana bağışlamayacağı səhv İrəvanın İsraillə yaxınlaşmaq cəhdləri oldu. Belə ki, bu ilin sentyabrın 18-də Ermənistanın Təl-Əvivdə ilk dəfə səfirliyini açması Tehran üşün həyacan siqnalı anlamına gəlirdi. Çünki, bölgədə yarana biləcək qarşıdurmada İsrailin nəzarətsiz ərazilərdən İrana qarşı istifadə etməsi ehtimalını heç kim inkar edə bilməzdi. Doğrudur, Təl-Əvivdəki səfirlik cəmi iki həftə fəaliyyət göstərdi və oktyabrın 1-də Ermənistanın təşəbbüsü ilə qapadıldı. Ancaq bu, Paşinyana Tehranın etimadını qazanmağa və İranla korlanmış münasibətləri düzəltməyə kömək etmədi. Əli Əkbər Vilayətinin müsahibəsində erməniləri Sionist rejimlə müqayisə etməsi məhz bu məqama işarə edirdi: “Necə ki, biz Fələstinin Sionist rejimi tərəfindən işğalına qarşıyıq, bu məsələdə (Qarabağ məsələsi) də eyni mövqedəyik”.